Modern.az

Türkiyə-Azərbaycan Dərnəyinin İğdır şöbəsi açılıb

Türkiyə-Azərbaycan Dərnəyinin İğdır şöbəsi açılıb

4 İyun 2012, 16:09

Türkiyə-Azərbaycan Dərnəyinin İğdır şöbəsinin açılışı və Azərbaycanın müstəqillik ildönümü qeyd edilib. Modern.az xəbər verir ki, Bahu toy salonunda təşkil edilən mərasimdə İğdır valisi  Əmir Çiçək, millət vəkili Sinan Oğan, əmniyyət müdiri Səlçuk Kızılay, Azərbaycanın Qarsdakı Konsulluğunun İğdır təmsilçisi Rafiq Rüstəmoğlu, protokol üzvləri və çox sayda qonaq iştirak edib.

Türkiyə və Azərbaycanın himnlərinin səslənməsindən sonra dərnək başqanı Sərdar Ünsal “bu gün burada həm dərnəyimizin açılışını və qardaş ölkə Azərbaycanın müstəqillik ildönümünü qeyd etmək üçün burdayıq. Azərbaycanın 94-cü Respublika günün təbrik edirəm” deyib. Dərnəyin məqsədinin Türkiyə-Azərbaycan arasında dostluq münasibətlərini daha da genişləndirmək olduğunu deyən S.Ünsal bildirib: “Biz bir sərhəddə yaşayırıq. Ermənistanla qonşuyuq. Hər sahədə türk düşmənçiliyi edən erməni diasporuna qarşı mübarizəmiz davam etməkdədir. Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından geri çəkilməyincə, sərhəd qapılarının açılmasına dərnək olaraq biz icazə verməyəcəyik və sivil cəmiyyət olaraq reaksiyamızı ortaya qoyacağıq. Məqsədimiz hər zaman Türkiyə ilə Azərbaycan dostluğunu inkişaf etdirmək və ermənilərin həqiqi sifətlərini dünyaya izah etmək olacaqdır”.
Daha sonra çıxış edən Azərbaycanın Qarsdakı Konsulluğunun İğdır təmsilçisi Rafiq Rüstəmoğlu, MHP millət vəkili Sinan Oğan, İğdır valisi Əmir Çiçək Türkiyə ilə Azərbaycanın münasibətlərinə toxunublar.
Sonda isə Naxçıvan dövlət sənətçilərinin təşkil etdiyi konsertdə Azərbaycan xalq oyunları qonaqlara göstərilib.

Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir