Modern.az

Ağ Ev rəsmisi: “Bəşər Əsədin dəyişdirilməsinə hazırlaşırıq”

Ağ Ev rəsmisi: “Bəşər Əsədin dəyişdirilməsinə hazırlaşırıq”

Dünya

5 İyun 2012, 12:29

“Ağ Ev öz müttəfiqləri ilə Suriyada siyasi hakimiyətin dəyişdirilməsini hazırlayır”. Modern.az bildirir ki, bu barədə ABŞ Administrasiyasının rəsmi nümayəndəsi Cey Karni bəyan edib. O bildirib ki, Suriyada vətəndaş müharibəsinin şiddətlənməsinin qarşısını yalnız Bəşər Əsədin istefası ala bilər.
“Bunun üçün də Ağ Ev müttəfiqləri ilə birgə hakimiyyətin ötürülməsi planını hazırlayır”-deyə o vurğulayıb.

Karni bildirib ki, nə qədər hakimiyyət tez təhvil verilsə, Suriya xalqı üçün o qədər yaxşı olar.  

Karni Hol şəhərində ötən həftə öldürülmüş 100-lərlə insanın qətlində hökümətin əlinin olmadığını bildirən Bəşər Əsədin “yalan danışdığını” deyib. Ağ Ev rəsmisi qeyd edib ki, beynəlxalq ictimaiyyət səylərini birləşdirib Əsədə təzyiqləri gücləndirməlidirlər.

ABŞ rəsmisi Rusiya ilə də müvafiq danışıqların aparıldığını vurğulayıb.

X. SƏFƏROĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı