Modern.az

Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayacaq

Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayacaq

Parlament

18 Yanvar 2010, 11:41

Yanvarın 15-dən Milli Məclisin komitələri fəaliyyətə başlayıb. Parlamentin yaz sessiyası isə fevralın 1-də işə başlayacaq.
Milli Məclisdən Modern.az-a bildirilib ki, parlamentin yaz sessiyasında  “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə (HİV infeksiyası ilə) mübarizə haqqında”, “Pambıqçılıq haqqında”, “Ali təhsil haqqında”,  “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Fərdi məlumatlar haqqında”, “Elm haqqında”, “Dövlətin elmi texniki siyasəti haqqında”, Azərbaycan Respublikasının Tikinti Məcəlləsi, Rəqabət Məcəlləsi və s. qanun layihələri müzakirə olunacaq.
Bundan başqa, sessiya müddətində Nazirlər Kabinetinin hesabatı, Ombudsmanın illik məruzəsi dinləniləcək.   

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu