Modern.az

Poz bu sükutu...

Poz bu sükutu...

6 İyun 2012, 13:40


Şair, publisist Elçin Mirzəbəylinin “Poz bu sükutu” adlı yeni kitabı “Oğuz eli” nəşriyyatında işıq üzü görüb. Kitabda Elçin Mirzəbəylinin müxtəlif illərdə yazdığı şeirlər, esselər və publisistik məqalələrdən seçmələr yer alıb.

Kitaba ön sözü Azərbaycanın böyük şairi Musa Yaqub yazıb.

Xatırladaq ki, Elçin Mirzəbəylinin “İtirilmiş vaxtın adamı” adlı sonuncu kitabı 2002-ci ildə çapdan çıxıb.

Elçin Mirzəbəyli Milli Azadlıq Hərəkatının marşı olan “Azadlıq” marşının müəllifidir. “Azadlıq” marşı ilə yanaşı Elçin Mirzəbəylinin müəllifi olduğu “Dönmərik biz”, “İrəli, əsgər”, “Ey müqəddəs türk eli” adlı marşlar bu gün də Azərbaycanın Silahlı Qüvvələrində ifa olunur.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır