Modern.az

4 yay düşərgəsi uşaqların yolunu gözləyir

4 yay düşərgəsi uşaqların yolunu gözləyir

7 İyun 2012, 09:48

HİK rəsmisi: “3200 azyaşlının dincəlmək imkanı olacaq”

Bu yay ölkədə4 uşaq sağlamlıq düşərgəsi fəaliyyət göstərəcək. Bu barədə Modern.az-a Həmkarlar İttifaqları Konfedrasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nazim Ağamirov məlumat verib.

“2011-ci ildə həmin  düşərgələrdə 2400 uşağın istirahəti təşkil olunmuşdusa, bu il istirahəti təşkil olunacaq uşaqların sayı 3200 nəfərə çatdırılacaq. Düşərgələrdən 3-ü Nabran istirahət zonasında, 1-i Şüvəlan qəsəbəsində fəaliyyət göstərəcək. Bu düşərgələrin 2-si Təhsil İşçiləri HİRK-nin nəzdində, digərləri “Xidmət-İş” Hİ Federasiyasının, Milli Elmlər Akademiyası Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərəcək. Uşaq sağlamlıq düşərgələrinə yollayışlar ilk növbədə nəzdində fəaliyyət göstərdiyi müəssisə və təşkilatın işçilərinin uşaqlarına veriləcəkdir”.

HİK rəsmisinin sözlərinə görə, 3200 nəfər uşaqdan 1600 nəfəri yollayışdan tam güzəştlə pulsuz istifadə edəcəklər. Qalan 1600 uşaq isə yollayışın dəyərinin yalnız 15%-i ödəməklə yollayış əldə edəcəklər. “Bir ədəd yollayışın dəyərinin 155-160 manat olduğunu nəzərə alaraq, vətəndaşlar yollayışın dəyərinin yalnız 15%-ini, yəni 23-25 manat ödəməlidirlər. Düşərgələr bir növbədə 21 gün olmaqla fəaliyyət göstərəcək”, – deyə N.Ağamirov bildirib.

Nihadə Eyyubova
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı