Modern.az

BDU-nun döyüldüyü iddia olunan müəllimi Modern.az-a danışdı

BDU-nun döyüldüyü iddia olunan müəllimi Modern.az-a danışdı

Ölkə

7 İyun 2012, 12:25

Bir sıra mətbuat orqanlarında BDU-nun adı açıqlanmayan professorunun müdafiə sənayesi naziri Yavər Camalovun oğlu tərəfindən auditoriyada döyülməsi barədə yazılar dərc olunub. Bu gün isə mətbuat həmin müəllimin Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin professoru Mayis Əliyev olduğunu yazıb. Məsələ ilə əlaqədar  olaraq, Modern.az adı çəkilən professorla əlaqə saxlayıb. Professor bildirib  ki, yayılan məlumatlar əsassızdır:

“Bu xəbərlə əlaqədar mənə çox zənglər gəlib. Bu informasiya yalandır, belə bir hadisə olmayıb. Mən heç bilmirəm ki, bu yalan informasiya haradan qaynaqlanır. Bu söz-söhbətlər olan ərəfədə rayonda olmuşam, heç həmin tələbələri də tanımıram”.

”Yeni Müsavat”ın yazdığına görə, Hüquq fakültəsinin sosial təminat hüququ fənnini tədris edən müəllimi, professor Mayis Əliyev nazir oğlunun nişanlısına telefonla oynadığı üçün irad tutub və onu auditoriyadan çıxarıb. Bundan yarım saat sonra nazirin oğlu və mühafizəçiləri universitetə gəlib. Onlar auditoriyaya girərək Mayis müəllimdən dərhal xanımdan üzr istəməyi tələb edib. Professor bunu etməyəcəyini deyib və bu zaman nazir oğlu onu təhdid etməyə başlayıb. Bunu görən qrup uşaqları müəllimin müdafiəsinə qalxıb və aranı sakitləşdirməyə çalışıblar. Bundan sonra nazir oğlu Mayis müəllimi itələyərək yıxıb və təpikləməyə başlayıb. Bir neçə saniyəlik çaşqınlıqdan sonra tələbələr hadisəyə müdaxilə edib, nazir oğlu məcbur qalıb BDU-nu tərk edib.

Nihadə Eyyubova  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi