Modern.az

“Sarı gəlin"in təqdimatı Muğam Mərkəzində keçiriləcək

“Sarı gəlin"in təqdimatı Muğam Mərkəzində keçiriləcək

Təhsil

7 İyun 2012, 12:53

İyunun 12-də Beynəlxalq Muğam Mərkəzində “Ankaf” şirkətinin istehsal etdiyi “Sarı gəlin” sənədli filminin təqdimatı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY və “Güven Klinik”in dəstəyi ilə təşkil olunan tədbirdə filmin müəllifləri tamaşaçıların diqqətinə mədəni irsimizin ən gözəl nümunələrindən olan qədim mahnını elmi araşdırmalar baxımından təqdim edəcəklər.

Təqdimatda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyasının Başqırdıstan və Xakasiya respublikalarının və Moldovanın Qaqauz Yerini təmsil edən folklor kollektivlərinin ifasında “Sarı gəlin” mahnısı təqdim olunacaq. Filmin baş prodüseri Nazim Abdullayev, ssenari müəllifi İdris Heydərli, rejissoru Rövşən Nicatdır.

Modern.az  
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır