Modern.az

Bazarda bomba həyəcanı- DİN məlumat yaydı

Bazarda bomba həyəcanı- DİN məlumat yaydı

7 İyun 2012, 13:16

Daxili İşlər Nazirliyi Xətai prospektində yerləşən bazara bomba qoyan şəxslə bağlı məlumat yaydı. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iyunun 6-da saat 03.30 radələrində, naməlum şəxs "102 Zəng Mərkəzi"nə zəng edərək Xətai prospektindəki bazara bomba qoyulması barədə məlumat verib.

Hadisə ilə bağlı Nərimanov rayonu 18-ci Polis Bölməsi əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Lakin məlumat təsdiqini tapmayıb. Yalan məlumat verdiyinə görə, Bakı şəhər sakini 26 yaşlı Ruslan Əsədov saxlanılıb.

 Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir