Modern.az

Maliyyə Nazirliyindən dövlət büdcəsinə dair yeni xəbər

Maliyyə Nazirliyindən dövlət büdcəsinə dair yeni xəbər

7 İyun 2012, 13:23

Dövlət büdcəsinin icrasına dair hesabatların təqdim olunması və baxılması elektron qaydada aparılacaq

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində Azərbaycan Respublikası dövlət büdcəsinin icrasına dair hesabatların təqdim olunması və baxılması elektron qaydada aparılacaq. Bu barədə Modern.az-a nazirliyin mətbuat katibi Mais Piriyev məlumat verib.

O, bildirib ki, həmin hesabatların Maliyyə Nazirliyinin rəsmi internet saytı vasitəsilə qəbul olunması məqsədilə tətbiq olunan proqram təminatında təşkilatlara elektron sənəd mübadiləsi üçün istifadəçi kodunun, birdəfəlik giriş üçün şifrənin verilməsi, hesabat formalarının yüklənməsi, doldurulması və göndərilməsi, göndərilmiş hesabatların baxılması və qəbulu mərhələlərinin izlənilməsi, hesabatların qəbulu ilə bağlı yaranan suallar üzrə yazışmaların aparılması,  elektron sənədlərin beynəlxalq standartlara uyğun təhlükəsizlik sertifikatı ilə şifrələnməsi və s.  nəzərdə tutulub.

Təşkilatlar hesabat göstəricilərini Maliyyə Nazirliyinin www.maliyye.gov.az rəsmi internet səhifəsinin “Dövlət Xəzinədarlığı Agentliyi” sahəsində yerləşdirilmiş iş yerindən göndərməlidirlər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir