Modern.az

Prodüseri Röyanın Aygünlə toyda dalaşdığını təsdiqlədi

Prodüseri Röyanın Aygünlə toyda dalaşdığını təsdiqlədi

7 İyun 2012, 14:01

Tanınmış teleaparıcı Kamilə Babayevanıın toy məclisində iştirak edən iki məşhur sənətçinin - Aygün Kazmova və Röya Ayxanın saçyolduya çıxıb, süpürləşmələri bu gün əksər medianın müzakirə mövzusu olub. Deyirlər, müğənnilər bir-birlərini kobud söyüşlərlə təhqir də ediblər. Modern.az bununla bağlı Röya Ayxanla əlaqə saxlamağa çalışıb. Telefon zəngimizə müğənninin prodüseri Kənan cavab verib. Prodüser toyda Röya və Aygün arasında dava-dalaşın baş verdiyini təsdiqləyib və yayılan məlumatın tam doğru olduğunu vurğulayıb. Onu da əlavə edib ki, bu iki müğənni arasında hər zaman soyuq münasibət davam edib.
Qeyd edək ki, Röya və Aygün bir müddət öncə barışmışdılar və onların barışmaları – öpüşüb-görüşməkləri telekanalların maqazin proqramlarında eninə-boyuna yayımlanmışdı…
Bu da axırı…

Aygün Nizamiqızı
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi