Modern.az

Qənirə Paşayeva “Türk dünyasına xidmət mükafatı”na layiq görülüb

Qənirə Paşayeva “Türk dünyasına xidmət mükafatı”na layiq görülüb

7 İyun 2012, 15:06

Bu gün Ankarada 10-cu Beynəlxalq Türksoyla İpekyolu Dərgisi tərəfindən “İlin Altın Adamları” mükafatlandırma mərasimi keçiriləcək. Mükafatlandırılanlar arasında millət vəkili Qənirə Paşayeva da var. Qənirə Paşayeva “Türk dünyasına xidmət mükafatı”na layiq görülüb.

Mükafatlandırma mərasimində Türkiyə ilə yanaşı, Rusiya, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Makedoniya başda olmaqla, çoxlu sayda ölkələrdən qonaqlar qatılacaq.

Türksoyla İpekyolu Dərgisi və Proqramı Genel Yayın yönətməni Seyfullah Türksoy bildirib ki, son 10 ildə həyata keçirilən İpekyolu İlin Altın Adamları Mükafatlandırma Mərasimi daha öncə İstanbulda təşkil edilirdi, bu il ilk dəfə olaraq Ankarada gerçəkləşdirilir. S.Türksoy hər il Türkiyədən və digər ölkələrdən dövlət adamlarının, siyasətçilərin, iş adamlarının, sənətçilərinin, aydınların, yazarların iştirakı ilə gerçəkləşən İpekyolu Odül mərasimində bu il də xaricdən qonaqların olacağını qeyd edib. O, Türksoyun məqsədinin “Dildə, Fikirdə və İşdə Birlik” fikrini rəhbər tutub uğurlu xidmətləri təşviq etmək olduğunu bildirib.

Mükafatlandırılanlar arasında Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ, Türkiyənin mədəniyyət və turizm naziri Ertuğrul Günay, Makedoniyanın dövlət naziri Hadi Nezir, Avropa Şurasında Türkiyə parlament heyətinin rəhbəri Mövlud Çavuşoğlu, AK Partinin Baş katibi Haluk İpek, Rusiya Parlamentinin Başqırdıstandan olan millət vəkili Zöhrə Rəhmatullina, Samsun böyükşehir bələdiyyə sədriYusuf Ziya Yılmaz, TBMM-nin İstanbul millət vəkili İsmail Safi, THY yönetim kurulu başqanı Hamdi Topçu, Tuzla bələdiyyə sədri Şadi Yazıcı, Keçiören bələdiyyə sədri Mustafa AK, Qars bələdiyyə sədri Nevzat Bozkuş və başqaları var.  

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir