Modern.az

İlhamə Qasımova Almaniyada mükafat aldı

İlhamə Qasımova Almaniyada mükafat aldı

7 İyun 2012, 15:50

Azərbaycanın populyar müğənnisi İlhamə Qasımovanın “Bei Mir Bist Du Scheen” mahnısı və bu mahnıya cəkilmiş klipi məşhur “EMMAwards” mükafatına layiq görülüb. Alman mətbuatının yaydığı xəbərə görə, bu mükafata İlhamə Qasımovanın Dj OBG ilə birgə ifa etdiyi “Bei Mir Bist Du Scheen” mahnısı və klipi  190 namizədin arasından “Best Music Video" (ən yaxşı musiqi və video) kateqoriyası üzrə qalib secilib. Beləcə istedadlı müğənni SMS səsverməsinə görə, ən yüksək nəticə əldə edərək ifa etdiyi mahnısına və klipinə görə ən yaxşılar nominasiyasında birinci olub. Mükafatlandırma mərasimi dünən Azərbaycan vaxtı ilə gecə saat 2-də kecirilib. Almaniyanın paytaxtı Berlində kecirilən törəndə İlhamə Qasımova mükafatı almaq ücün “qızmızı daroşka”nın üzərinə produsseri Mark Dolar ilə birgə cıxıb.  Müğənninin bu uğuru Avropalı fanatların coşqusu ilə qarşılanıb. Qeyd edək ki, İlhamə Qasımova nəinki Azərbaycan MDB məkanından “EMMAwards” mükafatını alan yeganə sənətcidir. İndiyədək bu mükafatı alan müğənnilərin siyahısına nəzər salsaq onların əksəriyyəti dünya şöhrətli sənətcilərdir. 

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir