Modern.az

XXI əsrdə Daşkəsəndəki tibb məntəqəsi – FOTO

XXI əsrdə Daşkəsəndəki tibb məntəqəsi – FOTO

7 İyun 2012, 15:53

Respublikanın səhiyyə sahəsində islahatlar davam etdirilsə də, Daşkəsənin kənd tibb məntəqələrində vəziyyət heç də ürəkaçan deyil. Belə ki, dağlıq ərazidə həkim və orta tibb işçisinin çatışmazlığı, eləcə də məntəqələrin əksəriyyətinin maddi bazasının yox səviyyəsində olması Daşkəsənin kəndlərində yaşayanların həyatlarını hər an təhlükə qarşısında qoyur.

Modern.az-ın məlumatına görə, hazırda Daşkəsən rayonu ərazisində 23 tibb məntəqəsi rəsmən mövcud olsa da, onlardan 8-i tamamilə fəaliyyət göstərmir. Səbəb isə adıçəkilən məntəqələrdə işləyəcək kadrların yoxluğu və sovet dönəmində tikilən binaların hazırda heç bir şəraitinin olmaması ilə bağlıdır.
Daşkəsən rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mirzəkərim Tağıyev bildirib ki, səhiyyə xidməti olmayan kəndlərdə yaşayanlar bu səbəbdən məcbur olub hər hansı bir tibbi müayinə və müalicə üçün rayon xəstəxanasına üz tuturlar. Bu da xəstənin həyatını təhlükə altında qoyur. Baş həkim rayonda tibb məntəqələrindən başqa 2 kənd xəstəxanasının və 5 həkim məntəqəsinin fəaliyyət göstərdiyini də qeyd edib, lakin ciddi həkim və orta tibb işçisinin çatışmazlığından isə narazılığını bildirib.

”Ucqar dağ rayonlarına xas xüsusiyyət olan həkim çatışmazlığı Daşkəsən rayonunda da özünün qabarıq göstərir. Rayon ərazisində 87.5 həkim ştatı əvəzinə 33 həkim, 133 orta tibb işçisi çalışır. Hazırda müəssiələrimizdə 73 orta tibb işçisi üçün vakant yerimiz var”. Daşkəsəndə ən uzaq tibb məntəqəsi rayon mərkəzindən 32 km uzaqlıqda yerləşən Astaf kəndində yerləşir. 2009-2013-cü il Dövlət Proqramına əsasən isə Daşkəsəndə bərbad vəziyyətdə olan 5 kənd tibb məntəqəsinin yenidən tikilməsi planlaşdırılır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub