Modern.az

Ruslan Bəşirli yeni sayt açıb

Ruslan Bəşirli yeni sayt açıb

7 İyun 2012, 16:50

Modern.az-ın məlumatına görə, bir müddət öncə azadlığa buraxılan keçmiş AXCP fəalı Ruslan Bəşirli özünə yeni sayt açıb. R.Bəşirlinin rəhbərlik edəcəyi  “Avropa.info” xəbər portalı artıq fəaliyyətə başlayıb. Bu barədə Modern.az-a məlumat verən R.Bəşirli qeyd edib ki, saytda tanınmış jurnalistlərdən Müşfiq Hüseynov və İlahə Vəliyeva da çalışacaqlar.

Onun sözlərinə görə, sayt ölkədə və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər yayacaq. Portalda əsasən siyasi, ictimai, sosial və idman xəbərlərinə daha geniş yer veriləcək.

Qeyd edək ki, azadlığa buraxıldıqdan sonra Ruslan Bəşirli hüquq müdafiəçisi kimi fəaliyyət göstərəcəyini açıqlayaraq yeni "Vətəndaş Hüquqlarına Dəstək" İctimai Birliyi yaradıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı