Modern.az

İraqda Səddam Hüseynin şəxsi katibi edam olunub

İraqda Səddam Hüseynin şəxsi katibi edam olunub

7 İyun 2012, 18:05

Modern.az xarici KİV-lərə istinadən bildirir ki, Səddam Hüseynin keçmiş şəxsi katibi Abed Xmud Bağdadda edam olunub. Bu haqda İraqın Ədliyyə Nazirliyinin rəsmi nümayəndəsi Heydər əs Səədi məlumat verib.

Xatırladaq ki, Abed Xmud 2003-cü ilin avqust ayında həbs olunmuşdu. ABŞ ordusu keçmiş katibi devrilmiş rejimin digər üzvləri ilə birlikdə İraq hökümətinə təhvil vermişdi.
 

Modern.az  

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir