Modern.az

Bu gün orta məktəblərdə növbəti buraxılış imtahanları keçirilir

Bu gün orta məktəblərdə növbəti buraxılış imtahanları keçirilir

Təhsil

8 İyun 2012, 09:39

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Sumqayıt, Abşeron, Xətai, Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar və Xaçmaz şəhərlərində orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirir. Modern.az xəbər verir ki, imtahanda hər bir rayon üzrə saat 10:00-da XI sinif, saat 15:00-da isə IX sinif şagirdləri  öz biliklərini nümayiş etdirəcəklər.

Saat 10:00 da orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün yuxarıda adları çəkilən  rayonlarda ümumilikdə 32 imtahan mərkəzi ayrılıb. Ümumilikdə adı çəkilən rayonlar üzrə 10692 nəfər XI sinif şagirdin  buraxılış imtahanında iştirakı nəzərdə tutulub.

Saat 15:00 da orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün həmin rayonlarda ümumilikdə 36 imtahan mərkəzi ayrılıb. Həmin gün imtahan keçiriləcək rayonlar üzrə 17226 nəfər IX sinif şagirdin buraxılış imtahanında iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, buraxılış imtahanının qaydalarına görə buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilən  mövzu üzrə yazı işi yerinə yetirirlər.
İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir. Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.  Səhhəti, ailə vəziyyəti ilə bağlı buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər iyul ayının 4-də buraxılış imtahanı verəcəklər.

Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür