Modern.az

Pedaqoji Universitetdə şikayətçi-tələbə prorektorun qəbuluna göndərilib

Pedaqoji Universitetdə şikayətçi-tələbə prorektorun qəbuluna göndərilib

8 İyun 2012, 10:11

Yaz-yay imtahan sessiyasında “Qaynar xət”lərə şikayətlər varmı?   

Təhsil naziri ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunması və təhsil müəssisələrində imtahan qərargahı və “Qaynar xətt” yaratmaları ilə bağlı tapşırıq verib. Misir Mərdanov bildirib ki, baş verə biləcək hər hansı nöqsana görə müəssisə rəhbəri məsuliyyət daşıyacaq.

Ali məktəblərdə isə artıq yaz-yay imtahan sessiyası başlayıb. Görəsən, ali təhsil müəssisələrimizdə imtahanların şəffaflığını təmin etmək üçün imtahan qərargahı və “qaynar xətt” yaradılıbmı?

Bununla bağlı Modern.az-ın əməkdaşı ölkəmizin ən perespektivli 6 ali təhsil müəssisəsi ilə əlaqə saxlayıb və mövcud vəziyyət haqqında maraqlanıb.

Ali təhsil müəssisələrinin  4-dən (ADNA, BSU, İqtisad Universiteti, BDU, Azərbaycan Dillər Universiteti) bildirilib ki, “qaynar xətt” və operativ qərargah yaradılsa da, hələki tələbələr tərəfindən heç bir müraciət daxil olmayıb. Yalnız Azərbaycan Pedaqoji  Universitetinin operativ qərargahından bir tələbənin kompüterdə bir balı çatmadığına görə müraciət etdiyi qeyd olunub. Həmin tələbə təcili olaraq prorektorun qəbuluna göndərilib.

Bakı Slavyan Universitetinin operativ qərargah rəisliyindən isə bildirilib ki, qərargahda 30 nəfər təmsil olunur və hətta valideynələr, tələbə ittifaqının nümayəndələri də imtahanın gedişini imtahan otağında izləməsi üçün şərait yaradılıb. “Qaynar xətt” nömrələri isə hər fakültədə, şikayət qutularının üzərində, universitet qəzetində və jurnallarında, qərargah otaqlarının qapısı üzərində yazılıb.  

Şahanə RƏHİMOVA

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir