Modern.az

“Şah İsmayıl Xətai haqqında yarımçıq filmim var”

“Şah İsmayıl Xətai haqqında yarımçıq filmim var”

Mədəni̇yyət

8 İyun 2012, 10:14

Əbdül Mahmudbəyov: “Dörd seriyalı filmin çəkilişi naməlum səbəbdən yarımçıq qaldı”

Milli Məclisin Mədəniyyət komitəsinin son iclasında deputat Leyla Abdullayeva televiziyada çəkilən seriallara münasibət bildirib. O, qeyd edib ki, xarici təcrübəyə uyğun olaraq seriallar vasitəsilə mütailəyə maraq arta bilər.

“Yaxşı olardı ki,bizim televiziyalar da xarici təcrübəyə müraciət etsin. Bizim zəngin ədəbiyyatımızı ekranlaşdırsınlar. Məsələn, Mikayıl Müşfiq haqqında olan serial niyə uğurlu olmasın? Ordubadinin, Çəmənzəminlinin, Mir Cəlalın əsərləri niyə ekran həllini tapmasın? Niyə bizim möhtəşəm tariximizi əks etdirən filmlər yaranmasın, Şah İsmayıl haqqında serial çəkilməsin? Bununla biz həm də kitaba, ədəbiyyata,tariximizə olan marağı daha da yüksəldərik”, – deyə Leyla Abdullayeva qeyd edib.

Aktyor-rejissor Əbdül Mahmudbəyov illər əvvəl Şah İsmayıl Xətai haqqında film çəkiləcəyi haqqında məlumat vermişdi. Modern.az-a açıqlamasında Ə.Mahmudbəyov bildirib ki, bir vaxtlar Vaqif Əlixanlı da Xətai haqqında ssenari yazmışdı. “Amma onun Xətaiyə yanaşma tərzi və bütövlükdə ssenarisi məni qətiyyən qane etmədi. Məncə, bu, heç bir Azərbaycan tarixçisini, sıravi vətənpərvəri qane edə bilməzdi”.

Rejisor qeyd edib ki, Fərman Kərimzadənin romanları əsasında Əhmədağa Muğanlı ilə yüzdə-yüz original ssenari işləyib. Onu sözlərinə görə, bu, dörd seriyadan ibarət bir film idi və dövlət sifarişi ilə çəkiləcəkdi. Çəkiliş prosesi mərhum Heydər Əliyevin də şəxsən nəzarətində idi. Lakin sonralar aydın olmayan səbəblərdən filmin çəkilişini dayandırdılar.

Şah İsmayıl Xətai haqqında yenidən filmin çəkilməsinə münasibət bildirən aktyor-rejisor qeyd edib ki, bu cür filmin çəkilişi üçün kinostudiyanın texniki bazası ən azı orta səviyyədə olmalıdır və dünya standartlarına cavab verməlidir. Ə. Mahmudbəyov bildirib ki, bir müddət öncə Xətainin övladı Şah Abbasla bağlı arxiv tapılıb. Arxivdə kitablar, sərəncamlar, fərmanlar ortaya çıxıb. Serial çəkilərsə, bunlara istinad edib çəkmək olar. “Əgər belə bir film çəkilərsə, bu, mütləq geniş dairədə müzakirə edilməlidir”.

Yeni çəkilən milli seriallara münasibətini bildirən Əbdül Mahmudbəyov vurğulayıb ki, boş boşuna nə gəldi çəkirlər. “Ümumiyyətlə, mən belə düşünürəm ki, film-serial çəkilişləri üçün dövlət nəzarəti olmaldır. Bu nəzarəti də, əlbəttə ki, obyektiv adamlara tapşırmaq lazımdır”.

Sevinc İLTİFATQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür