Modern.az

Azərbaycanda məşhur rəssamın itkin oğlu tapılıb

Azərbaycanda məşhur rəssamın itkin oğlu tapılıb

Aktual

8 İyun 2012, 10:50

Azərbaycanın tanınmış rəssamının oğlu itkin düşüb. Nizami rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayon sakini, 1965-ci il təvəllüdlü Xəlilov Seymur Fərhad oğlu dünən səhər saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun itkin düşməsi barədə yaxınları hüquq-mühafizə orqanlarına məlumat veriblər. Daxil olan məlumat əsasında S. Xəlilovun axtarışlarına başlanıb. 
Prokurorluqdan həmçinin bildirilib ki, itkin düşən S. Xəlilov xalq rəssamı, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun oğludur.

***
Tanınmış rəssamın itkin düşən oğlu tapılıb. Bu barədə APA-ya Nizami rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, rayon sakini, 1965-ci il təvəllüdlü Xəlilov Seymur Fərhad oğlu Bakı şəhərində tapılaraq yaxınlarına təhvil verilib. 

Qeyd edək ki, S. Xəlilov dünən səhər saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun itkin düşməsi barədə yaxınları hüquq-mühafizə orqanlarına məlumat veriblər. Daxil olan məlumat əsasında S. Xəlilovun axtarışlarına başlanıb. 

S. Xəlilov xalq rəssamı, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun oğludur.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!