Modern.az

Milli Ordumuzun əsgəri şəhid olub

Milli Ordumuzun əsgəri şəhid olub

8 İyun 2012, 11:25

Azərbaycan Milli Ordusunun bir əsgəri minaya düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, cəbhənin Tovuz rayonu istiqamətində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində minanın partlaması faciə ilə nəticələnib. Belə ki, Milli Ordunun əsgəri, 19 yaşlı Səadətdin Müslüm oğlu Məmmədov şəhid olub.
Səadətdin Məmmədov Goranboy Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir