Modern.az

Qəzet müxbirləri Azərbaycan telekanallarından hansılarını izləyirlər?

Qəzet müxbirləri Azərbaycan telekanallarından hansılarını izləyirlər?

18 Yanvar 2010, 19:14

Modern.az-ın əməkdaşı müxtəlif qəzetlərdə çalışan jurnalistlərdən "Azərbaycan telekanallarından hansına baxırsınız" sualına cavab istəyib.

“Azadlıq” qəzetinin müxbiri Xəyal Şahinoğlu yerli kanallara baxmadığını deyir: “Hərdən informasiya almaq üçün ANS-ə baxıram. Daha çox rus kanallarını izləyirəm”.

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan isə Azərbaycan telekanallarını izləyir: “Ən çox ANS-in xəbərlərinə və İTV-nin verilişlərinə baxıram.  İTV həm də mənimçün milli kanaldır. ATV-nin və "Lider"in ancaq xəbərlərini izləyirəm.  “Xəzər”in də xəbərləri yaxşıdı, amma tərtibatından xoşum gəlmir.  “Space”ə isə heç baxmıram”.

“Mərkəz” qəzetinin müxbiri Cəvahir Səlimqızı yerli kanalların verilişlərinin seyrçisidr: “Mütəmadi olaraq izlədiyim kanal yoxdur. Daha çox AzTV, “Xəzər” və “Space”in bəzi verilişlərinə baxıram”.

“Ədalət” qəzetinin müxbiri Gültəkin Qəhrəmanlı davamlı olaraq heç bir telekanala baxmır: “Ancaq xoşladığım proqram olanda izləyirəm. Bir neçə kanalların isə xəbərlərinə baxıram. İndi verilişlərin əksəriyyəti səviyyəsiz hazırlanır. Ona görə baxmağa maraq yoxdur”.

“Bizim yol” qəzetinin müxbiri Nemət Hüseynli  Azərbaycan televiziyalaından heç birinə baxmır: “Əvvəllər xəbərlərə baxırdım. Amma sonra özümçün monitorinq apardım. Nəticədə mənə məlum oldu ki, yerli kanallar beynəlxalq informasiyalara daha çox üstünlük verirlər. Əsasən Türkiyə kanallarına baxıram. Daha çox da “Kanal D”-yə”.

“Yeni Müsavat” qəzetinin müxbiri Elşən Balaxanılı da yerli kanalları izləmir: “Çünki reallıqla əlaqələri yoxdur. Ancaq şou-biznes və beynəlxalq xəbərlər verirlər. Bəzən ANS-in xəbərlərini izləyirəm. Daha çox rus kanallarına baxıram”.

“Kaspi” qəzetinin müxbiri Təranə Məhərrəmova da Azərbaycan telekanallarına nadir hallarda baxır: “Verilişlərin səviyyəsi çox aşağıdır. Jurnalist peşəkarlığı yoxdur. Hərdənbir ANS və “Xəzər”in xəbərlərinə baxıram”.

“Olaylar” qəzetinin müxbiri Süleyman İsmayılbəyli  ATV,  ANS, İTV-nin xəbər və verilişlərini izləyir: “Adətən “Xəzər”-in xəbərlərinə baxıram. Bununla yanaşı, bir neçə şou-proqramlara da tamaşa edirəm”.

Günay MUSAYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir