Modern.az

Avropaya satılan qızlar, pornoqrafiyaya xərclənən pullar - Bunları bilirsinizmi?

Avropaya satılan qızlar, pornoqrafiyaya xərclənən pullar - Bunları bilirsinizmi?

İqtisadiyyat

9 İyun 2012, 14:26


Dünya insanlarını heyrətə gətirən reallıqlar... Bunlarla sizlər də tanış olun. Modern.az Türkiyə mətbuatına istinadən onlardan bəzilərini təqdim edir.

1. Kenyada bir ailənin gəlirinin üçdə biri rüşvətə gedir.

2. Makdonalds-ın qızıl kəmərini tanıyanların sayı xristianların xaçını tanıyanlardan daha çoxdur.

3. Hər gün dünya əhalisinin yeddidə biri, yəni 800 milyon insan ac qalır.

4. 150-dən çox ölkədə işgəncə var.

5. Dünyanın üçdə biri müharibə vəziyyətindədir.

6. Siqaret çəkənlərin 82 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır.

7. Bir yapon qadını orta hesabla 84, bir botsvanalı qadın isə sadəcə 39 il yaşayır.

8. Afrikada 30 milyon insan AİDS virusuna yoluxub.

9. Silahlı qarşıdurmaların dörddə biri təbii qaynaqları ələ keçirmək üçün həyata keçrilir.

10. ABŞ-da hər həftə orta hesabla 88 şagird sinifə silah gətirir.

11. Hər il 10 dil ölür.

12. Dünyada ən azı 300 min fikirdə xəyanət edən insan var.

13. İntihar edərək ölənlərin sayı müharibədə ölənlərdən daha çoxdur.

14. Hər il 2 milyon gənc qız və qadın dini nikaha girir.

15. Silahlı qarşıdurmalarda 300 min uşaq əsgər döyüşür.

16. ABŞ pornoqrafiyaya ildə 10 milyard dollar xərcləyir.

17. ABŞ hərbi xərclərə “quldur dövlət” adlandırdığı 7 ölkədən 33 dəfə çox pul ayırır.

18. Dünyada 27 milyon qul var.

19. Amerikalılar zibil qutusuna saatda 2.5 milyon plastik şüşə atır, yəni hər 3 həftədə Aya çıxmağa yetəcək uzunluqda şüşə yığılır.

20. Hər il 120 min qadın və ya gənc qız Qərbi Avropaya satılır.

21. Yoxsul ailələrin uşaqlarının psixoloji problem yaşamaq ehtimalı zəngin ailələrə görə 3 dəfə daha çoxdur.

22. Yeni Zenlandiyadan İngiltərəyə gətirilən bir kivi atmosferə öz ağırlığından 5 dəfə çox istixana qazı buraxır.

23. ABŞ-ın BMT-yə 1 milyard dollardan çox borcu var.

24. Rusiyada ildə 12 mindən çox qadın ailədaxili şiddət nəticəsində ölür.

25. İngilis süpermarketləri alıcıları barədə hökümətdən daha çox məlumatlıdırlar.

26. 15 yaşındakı ingilislərin yarısı narkotika istifadə edir, dörddə biri siqaret çəkir.

27. Dünyada piylənməyə məruz qalan insanların üçdə biri inkişaf etməkdə olan ölkələrdə yaşayır.

28. ABŞ və İngiltərə inkişaf etmiş ölkələr içərisindən ən çox erkən hamiləlik faizinə sahib ölkələrdəndir.

29. 2002-ci ildə edamların 81 faizi ABŞ, Çin və İranda həyata keçirilib.

30. ABŞ-da hər inək üçün gündəlik verilən 2.50 dollarlıq xərc Afrikanın 75 faizinin gündəlik dolanışığından daha çoxdur.

31. 70-dən çox ölkədə eyni cinsdən olan insanların əlaqə qurmaları qadağandır, 9 ölkədə isə bunun cəzası ölümdür.

32. Dünya əhalisinin beşdə biri gündəlik 1 dollardan az gəlirlə yaşayır.

34. Quru minaları saatda bir insanın ölməsinə və ya şikəst olmasına səbəb olur.

35. Hindistanda 44 milyon uşaq işçi var.

36. Sənayeləşmiş ölkələrdə insanlar gündə 6-7 kq suni maddə yeyir.

37. Dünyanın ən çox qazanan idmançısı qolfçu Tiger Vuds ildə 78 milyon dollar, yəni saniyədə 2.5 dollar qazanır.

38. Amerikalı 7 milyon qadın və 1 milyon kişi vaxtlı-vaxtında qidalana bilmir.

39. Vaşinqtondakı lobbi sənayesində 67 min kişi, hər seçilmiş konqres üzvi üçün 125 insan çalışır.

40. Motorlu nəqliyyat vasitələri dəqiqədə 2 insan öldürür.

41. Dünyadakı qeyri-qanuni narkotik bazarı 400 milyard dollardır.

42. Neft ehtiyatları 2040-ci ildə tükənə bilər.

 

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir