Modern.az

Peşə seçimi və gənclərin sənətə bağlılığı

Peşə seçimi və gənclərin sənətə bağlılığı

27 May 2012, 15:30

Yazı “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin “Peşə seçimi və gənclərin sənətə bağlılığı" mövzusunda yazılıb

Mən bu mövzuya fikrimi dahi Azərbaycan şairi Nizami Gəncəvinin misralari ilə başlamaq istəyirəm. 

Bir elmi öyrənmək istədikdə sən,
Çalış ki,hər şeyi kamil biləsən.
Kamil bir palançı olsa da insan, 
Yaxşıdır yarımçıq papaqçılıqdan.  

Xalqımızın qədim, əzablı problemlərindən biri də insanların taleyini heç də həmişə uğura aparıb çıxarmayan, əksinə, bəzən gələcək bədbəxtliyin əsasını təşkil edən peşə seçməklə bağlı problemdir. Min ildir ki, bu məsələdə övlad-valideyn qarşıdurması, ata-oğul mübahisələri bitib tükənmək bilmir. Valideynlər həyat təcrübəsinə, övladlar şəxsi istəklərinəəsaslanıb gələcək həyat uğrunda çarpışırlar. Hətta bu məsələdə xeyli atalar sözü, ibrətamiz hekayətlər də düzüb-qoşub xalqımız. Məsələn, "qızı özbaşına buraxsan, ya zurnaçıya gedər, ya halvaçıya". 
 Yəni, bu, o deməkdir ki, xalqımız zurnaçalanları, halvaçalanları kürəkən gözündə görməyib heç vaxt və heç bir valideyn razı olmayıb ki, oğlu gələcəkdə heç kimin qız verməyəcəyi zurnaçalan, halvaçalan olsun. 
 Peşə seçimində gənclərin azad seçim etmək imkanının total nəzarətdə olması və ya ümumiyyətlə, belə bir imkanın olmamasının nəticəsidir ki, bu gün ölkə peşəkar olmayan peşə sahibləri ilə doludur. Bunun bir səbəbi də peşələrin bizdə hələ də nəsildən-nəsilə ötürülməsidir. Adətən, ata hansı peşənin yiyəsidirsə, övladından da öz yolunu davam etdirməyi tələb edir. Düzdür, orta əsrlərdə peşənin nəsildən-nəsilə ötürülməsi mövcud idi və nəsillər, tayfalar məşğul olduqları peşələrlə tanınırdı. Məsələn, misgərliklə, qalayçılıqla, dəmirçiliklə, xalçaçılıqla məşğul olan və bu peşələrin sirrini yüz illər ərzində qoruyub yaşadan nəsillər var idi. Bənnanın oğlu bənna, tacirlərin oğlu tacir olmalıydı. Ancaq bu, elə orta əsrlərdə də qaldı. O əsrlərdə ki, bugünki dünyada hamının adi haqqları sayılan, seçim, söz, fikir azadlıqları kimi anlayışlar, ümumiyyətlə, söz konusu deyildi. 
Məktəb illərinin Məktəb illərinin başa çatması gənclər üçün yeni həyatın başlanması deməkdir. Sərbəst həyata atılan gənclərin qarşısında çoxlu sayda yollar açılır. Kimi əvvəlcədən müəyyənləşdirdiyi ali məktəbin qapısını döyür, kimi birbaşa istehsalata, inşaat meydançasına yollanır. Gənclər gələcək peşələrini seçərkən, adətən, özlərindən böyüklərlə, ilk növbədə də valideynləri ilə məsləhətləşirlər.Bu da təbiidir. Yaşlı nəslin böyük həyat təcrübəsi var və onlar sabahın qurucularına öz seçimlərində yanılmamaları üçün dəyərli məsləhətlər verirlər.Mənim  qənaətimə görə gənclərin hansı peşəni seçmələrinin elə bir ciddi fərqi yoxdur.Hər peşənin, hər sənətin öz  gözəlliyi var. Əsas odur ki,seçdiyin peşəyə qəlbən bağlı olasan, onun sirlərini öyrənəsən, bütün incəliklərinə yiyələnəsən. Yalnız bu halda seçdiyin sənətlə cəmiyyətdə nüfuz, hörmət qazana biləsən.Məndə  artıq öz  seçimimi etmişəm.Artiq Bakı Slavyan Universitetinin tələbəsiyəm.Çalışıram ki,öz ixtisasimi daha yaxşı oyrenim ki, gələcəkdə  şagirdlərin dərin və hər tərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarımı sərf edim.
 Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. 
 
 Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. 
 
 Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur. 
 
 Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır. O, deyirdi: "Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. 
 Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı namınə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir".
 
 Gələcəkgənclərin, gənclər isəMüəllimlərin əsəridir!!!

Hidayətova Mehriban
Bakı Slavyan Universiteti Pedaqoji fakültə



Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir