Modern.az

Peşə seçimi və gənclərin sənətə bağlılığı

Peşə seçimi və gənclərin sənətə bağlılığı

26 May 2012, 15:34

Yazı “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin “Peşə seçimi və gənclərin sənətə bağlılığı" mövzusunda yazılıb

Uşaq dünyaya göz açır, böyüyür, yetkinlik yaşına çatır və həyatda özünə yaşam yolu seçir. Bu yolun əsasını isə insanın peşə seçimi təşkil edir. Bu seçim insanın həyatında verdiyi ən önəmli verdiyi qərarlardan birinə çevrilir. Çünki bu seçimlə onun sonrakı həyatı qurulur. Müəyyən bir dövrdən sonra insan  valideyn himayəsindən ayrılaraq müstəqil yaşamağa, həyatda özünə bir yer tapmağa başlayır. Bütün bunların əsasını isə peşə seçimi təşkil edir. Peşə yalnız pul qazanmaq, ailəni dolandırmaq üçün seçilmir. Bu həmdə özünü həyatın keçməkeçli yollarında doğrultmaq  özünə inamı artırmaq üçün seçilir. Insanın tutduğu peşə onun ömür yolunun ta başlanğıcından sonunadək onunla birgə addımlayır. Peşə seçimi düzgün olmayan insansa həyatı boyu  özünə bir yer tapa bilməz. Çünki həyatda yaşamaq onsuzda çətindir, peşəsiz, sənətsiz yaşamaqsa bu həyatı daha da çətinləşdirir.

 Peşənin insan həyatında  oynadığı rol  mühümdür. Lakin bunu hər kəs başa düşmür. Müəyyən bir dövr keçdikdən sonra bunu başa düşdükdə artıq çox gec olur. Lakin özünə inam olan insanlar bunun öhdəsindən layiqincə gəlməyi bacararlar, istər 20-misində  istərsə də 50-sində. Ona görə də peşə seçimin əsasını özünə inam təşkil edir. Özünə inam olmayan insan heç bir işin öhdəsindən layiqincə  gələ bilməz. Ümumilik də peşə seçimi insanın gələcəyini təmin edir.  Insanın seçdiyi peşə  onun həyatı boyunca müvəffəqiyyətlə yaşamağını təmin edən əsas vasitədir.

Insanın peşə seçiminin mükəmməlliyi onun yaşadığı mühitdən, yaradılan şəraitdən çox aslıdır. Müasir dövrümüzdə Azərbaycan Respublikasında gənclərin özünə düzgün sənət seçimi üçün gözəl şərait yaradılmışdır. Müstəqil dövlətin müstəqil düşüncəli gəncləri özlərinə hər  hansısa peşəni seçmək üçün perspektivlərə malik bir cəmiyyətdə yaşayır. Ona görə də buradan üzümü özümundə daxil olduğu gənc nəsilə tutub onu deyə  bilərəm ki, nə qədər ki əlimizdə belə imkanlar var bundan səmərəli istifadə etməyi bacaraq. Sonda isə bunu demək istərdim ki tutduğumuz peşədən, seçdiyimiz sənətdən asılı olmayaraq bu həyatda nə oluruqsa olaq işimizin sənətkarı olmalıyıq.

Orxan Mürsəlbəyov
Qərb Universiteti
Siyasi Elmlər fakültəsi

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir