Modern.az

Əfşar Süleymani Hulusi Kılıcı qısqandı: "Mən belə şəkil çəkdirsəydim qiyamət qopmuşdu!"

Əfşar Süleymani Hulusi Kılıcı qısqandı: "Mən belə şəkil çəkdirsəydim qiyamət qopmuşdu!"

Mədəni̇yyət

11 İyun 2012, 12:31

Türkiyənin ölkəmizdəki diplomatik korpusunun rəhbəri Hulusi Kılıcın xanım jurnalistlərlə birgə çəkdirdiyi şəklin Facebook sosial şəbəkəsində yerləşdirilməsi fotoya çoxlu şərhin yazılmasına səbəb olub.

Bu foto TRT-nin Bakı Təmsilçiliyində “TRT Avaz” telekanalının Bakı təmsilçiliyi tərəfindən hazırlanan “Azərbaycan ulduzları’’ adlı proqramın təqdimatı zamanı çəkilib.

Modern.az-ın məlumatına görə, şəkilin altında yazılan şərhlərdən bəziləri diqqət çəkir. Xüsusilə İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin yazdığı şərh maraq doğurur. Bu şərhlə o, qısqanclığını nümayiş etdirib.

"Mən belə şəkil çəkdirsəydim qiyamət qopmuşdu! Hulusi bəyin sərbəstliyini təbrik edirəm, Sağ ol Hulusi bəy, 3-nü də əhatə edib, biz olsaydıq, işimiz Allaha qalmışdı!"-deyə Əfşar Süleymani  yazıb.

Keçmiş səfirin bu şərhinə maraqlı cavablar da yazılıb. Məsələn, jurnalist İlhamə Qasımlı “İranın keçmiş səfiri Əfşar Süleymaninin bu şəklə verdiyi şərh superdi.. Bu, həm kişi qısqanclığı, həm də öz dövlətinin ruhani rejiminə bir etiraz hayqırtısıdı məncə”-deyə xanım jurnalist qeyd edib.

Həmkarlarımız eyni zamanda sabiq səfirə atmaca da atıblar. “Əfşar bəy, sizin elədiklərinizin səsi sonradan çıxır”- deyə şərh müəllifləri İranın Azərbaycandakı keçmiş səfirinə sataşaraq, onun bir müddən öncə Bakıda yaşadığı gizli qeyri-rəsmi nikaha işarə ediblər....

P.S. Bir qədər əvvəl saytımızda yerləşdirilən həmin foto orada əks olunan xanımların israrlı xahişi ilə çıxarıldı...

Mail Ağaxanov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı