Modern.az

Azərbaycanın "Qırmızı kitabı"nın II nəşri nə vaxt hazır olacaq?

Azərbaycanın "Qırmızı kitabı"nın II nəşri nə vaxt hazır olacaq?

Ölkə

19 Yanvar 2010, 10:59

Azərbaycan Respublikası «Qırmızı Kitab»ı nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir. Kitab Respublikanın bütün ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda heyvan və bitki növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir.
Mövcud «Qırmızı Kitab» 6 hissədən ibarətdir və özündə nadir və nəsli kəsilmək təhlükəsi olan 14 məməli növü, 36 quş növü, 5 balıq növü, 13 amfibi və reptili  növü, 40 həşərat növü və 140 bitki növü haqda məlumatı əks etdirir.

Respublika "Qırmızı Kitab”ına fauna və flora növləri 2 kateqoriya üzrə daxil edilib: yoxa çıxmaq təhlükəsi olan və nadir növlər. Birinci kateqoriyaya bir sıra mənfi amillərin təsiri nəticəsində (tələf olması və yaşadığı yerlərin dağıdılması) sayı və arealı əhəmiyyətli dərəcədə azalan və böhran səviyyəsinə çatan növlər daxildir. Sayı azalmağa doğru meyl edən və kiçik sahələrdə rast gəlinənən növlər isə nadir növlərə aiddir. Az öyrənilmiş, təbiətdə sayı və ehtiyatları haqqında lazımı məlumat olmayan, onların mühafizəsinin təşkili işində müəyyən çətinliklər törədən heyvan və bitki növləri də nadir növlər hesab olunur.
Qanunvericiliyə əsasən Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın hər 10 ildən bir çap olunması nəzərdə tutulub. “Qırmızı Kitab”ın I nəşri 1989-cu ildə həyata keçirilib və bu kitabın yeni II nəşrinin aparılması zərurəti yaranıb.
Prezidentin 24 mart 2006-cı il 1368 №-li sərəncamı ilə “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı”na əsasən 2009-cu ildə “Qırmızı Kitab”ın II nəşri başa çatdırılmalıydı.
Qeyd edək ki, hələ 2006-cı ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Qırmızı Kitab”ın II nəşri ilə əlaqədar elmi təşkilatların nümayəndələrinin iştirakı ilə Redaksiya Heyəti yaradılıb və o vaxtdan işlərə başlanılıb.
“Qırmızı Kitab”ın II nəşri nə vaxt hazır olacaq?
Modern.az bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, hazırda Milli Elmlər Akademiyasının müvafiq institutları ilə birgə “Qırmızı Kitab”ın II nəşrinin hazırlanması istiqamətində müvaviq tədbirlər həyata keçirilir. Lakin nazirlikdən kitabın nə vaxt nəşr olunacağının dəqiq bilinmədiyi bildirilıib. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir