Modern.az

Azərbaycan alimlərindən İrana tutarlı cavab

Azərbaycan alimlərindən İrana tutarlı cavab

13 İyun 2012, 11:40

İran alimlərinin Nizami Gəncəviyə olan iddiaları alt-üst edildi

Azərbaycan şairi Nizami Gəncəvi 870 illik yubileyinə daha bir töhfə hazırlanır. Modern.az-ın məlumatına görə nizamişünas alim Xəlil Yusiflinin rəhbərliyi altında hazırlanan “Nizami Şəcərəsi” adlı monoqrafiya yubiley ərəfəsində ictimaiyyətə təqdim ediləcək. Şəcərədə Nizami Gəncəvinin həqiqətən də Azərbaycan şairi olması, onun övladları və dahi söz ustadının nəslindən olan insanların Gəncədə yaşayıb-yaratması ilə bağlı əsaslı məlumatlar mənbələrə söykənərək öz əksini tapır. Bir sözlə, son 800 ili əhatə edən topluda şairin şəcərəsi əks edilərək, əsaslandırılıb. Şəcərənin XVIII əsrə qədər olan hissəsi artıq hazırdır.

Gəncə Regional Elm Mərkəzinin direktor müavini Samir Pişnamazadə bildirib ki, bir sıra ölkələrin və xalqlarının nümayəndələrinin Nizamiyə olan iddiaları əsassızdır.
“Əslində Nizami Gəncəvi ümumbəşəri şairdir, insanlığın şairidir. Şəcərənin hazırlanmasında dövlət maraqlıdır və bu Nizami mərkəzinin böyük bir işi olacaq. Nizami Gəncəvi Şəcərəsi övladlarına qədər yaradılacaq” deyə müsahibimiz bildirib.

Qeyd edək ki, Nizamini fars şairi hesab edən İran alimləri vaxtaşırı əsassız iddilarla çıxış edirlər. Sonuncu dəfə belə iddia ilə bir neçə gün öncə  İranın mədəniyyət və irşad nazirinin müavini Bəhmən Dəri çıxış etmişdi. Hətta İran tərəfi özlərinin təsəvvür etdikləri Nizaminin tablosunu da mətbuatda yayıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı