Modern.az

Dünyaca məşhur ulduzlar Bakıya gəlirlər

Dünyaca məşhur ulduzlar Bakıya gəlirlər

Mədəni̇yyət

13 İyun 2012, 16:00

Dünyaca məşhur ulduzlar  Rihanna və Şakira  Azərbaycana gəlir. Modern.az AFFA-nın rəsmi internet saytına istinad edərək bildirir ki, məşhurlar FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin oyunlarında çıxış edəcəklər. Qeyd edək ki, bu Rihanna və Şakiranın ölkəmizdəki ilk çıxışları olacaq.

Rihannanın çıxışı oktyabrın 5-i, saat 19:30-da, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək dörddə bir final oyunu zamanı təşkil ediləcək.
Şakiranın çıxışı isə oktyabrın 13-ü, saat 19:30-da, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək final oyunu zamanı təşkil ediləcək.
Oyunların biletləri iyulun 6-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin püşkatma mərasimindən sonra, iyulun 10-dan başlayaraq Park Bulvar və Metro Park alış-veriş və əyləncə mərkəzləri, Xalq Bank Neftçilər filialı və Bakcell-in Nizami 83 ünvanındaki müştəri xidmətləri mərkəzində satışda olacaq.
Qeyd edək ki, çıxışları FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi (YTK) təşkil edəcək.

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı