Modern.az

Eks-Baş prokuror Murad Babayevlə FOTOSÖHBƏT

Eks-Baş prokuror Murad Babayevlə FOTOSÖHBƏT

Fotosöhbət

6 Yanvar 2013, 13:29

Murad Köçəri oğlu Babayev 1951-ci il 10 dekabr tarxində Cəbrayıl rayonunun Şükürbəyli kəndində Sosialist Əməyi Qəhrəmanının ailəsində dünyaya gəlib. 1968-1973–cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.  
1973-cü ildə Binəqədi rayonunda təcrübəçi müstəntiq,1977-80-ci illərdə Bakı şəhərində açılmamış ölüm üzrə baş müstəntiq, 1982-ci ilin noyabr ayında Mingəçevir şəhərində prokuror vəzifəsində çalışıb. 1987-ci il martın 31-də 36 yaşında Azərbaycan Respublikası Baş prokurorun birinci müavini təyin edilib. 26 noyabr 1991-ci ildə isə ölkənin Baş prokuroru vəzifəsinə təyinat alıb. 1992-ci ilin sonunda Baş prokuror vəzifəsindən azad edilib.
1993-cu ilin fevralında isə Bakı şəhər nəqliyyat prokuroru təyin edilib. 7 il bu vəzifədə işləyəndən sonra təqaüdə çıxıb.
Hazırda Təfəkkür Universitetində Hüquq fakültəsində kafedra müdiridir.
Ailəlidir, bir qız və bir oğul atasıdır.

***

Modern.az saytı bu gün - 6 yanvar 2013-cü il tarixində dünyasını dəyişmiş Murad Babayevlə fotosöhbəti təkrar yayımlayır...
Allah rəhmət eləsin...


 

Uşaqlığım... 1963-cü il, atamın maşını... 

 

Məktəb illəri -1967-ci il. Ortadakı mənəm, o birilərsə dostlarım Camal Hacıyev və Nəriman Əsədovdur...

 

1972-ci il, əsgərlik xidmətimi çəkirəm. Neftçala rayonu Bankə qəsəbəsi...

 

1968-ci il. Birinci kursda oxuyarkən...

 

1972-ci il atam Köçəri Babayev və qardaşım Fikrət Babayevlə. Universitetdə imtahanla bağlı problem yaranmışdı. Atam ona görə gəlmişdi. Bu şəkil o günlə bağlıdır.

 

Tələbəlik illəri dostlarım. İlham Həsənov Sumqayıt Apelasiya Məhkəməsinin kollegiya sədri və Kamil Məmmədov AzTV-də işləyir.1973-cü il ...

1972-ci ilin avqustu. Tələbə yoldaşlarım əsgərlik xidmətimdən sonra bizim kəndə qonaq gəliblər.

Cavanlıqdan daha bir xatirə...

 

Universiteti bitirdiyim gün - 30 iyun 1973-cü il. Qrup yoldaşlarım Gülüzar Rzayeva, İntizar Bayramova və Maya Hüseynova ilə birgə

 

 

Nikah günü - 2 oktyabr 1973-cü il.

Rəqs etməyi çox sevirəm. "AvtoVAZ"ın direktoru Aydın Nəcəfov və mən. 1976-cı il. Bir məclisdən...

 

Müstəntiqəm. Xidməti kabinetimdə işləyərkən, 1978-ci il.

 

1979-cu il, ölüm işləri üzrə baş müstəntiq işlədiyim zamanlar...

 

Sankt-Peterburq şəhərinə səfərdən, müstəntiq işlədiyim vaxtlar. 

1980-cı il. Gənclik dostlarım Əzizağa Həsənov və Hikmət Əsədov.

 

1984-cü il. Yuqoslaviyanın Belqrad şəhəri. Onda Mingəçevir şəhərinin prokuroru idim. Yanımdakı Bakı şəhər prokuroru Əliş Əliyevdir.

 

1980-ci il 25 oktyabr. Həyatımda unudulmaz günlərdən biri. Türkiyənin İstanbul şəhəri, Bosfor boğazından gəmiylə keçərkən. İstanbulla ilk tanışlıq.

 

Mingəçevirdə prokuror işləyirdim. 1985-ci il. Zeynəb Xanlarovanın 50 illik yubileyində.

Yurmala şəhərinin qadın prokuroru İnqaborqa Briqita Albertovna Azərbaycana qonaq gəlib. Göygöldə istirahət zamanı. Onda Mingəçevirdə prokuror idim. Digərləri Çərkəz Musayev Yevlax şəhər prokuroru və Tofiq Qafarov məşhur professor, 1986-cı il.

 

Qubadlıda birinci katibin mühüm dövlət sənədləri oğurlanmışdı. Onda baş prokuroun birinci müavini idim. Mənimlə birgə Respublika KQB-sinin birinci müavini Kudaşkin və daxili işlər nazirinin müavini Akif Rəfiyevlə getmişdim. İlham Abbasov və  Rövşən Əliyevlə birlikdə Qubadlı prokurorluğunda. 1990-cı il.

 

İstanbulun bir çox qəzetlərinə müsahibə vermişəm. 21 oktyabr 1990-cı il. O vaxt SSRİ KQB-si tərəfindən 3 türk juranlisti saxlanmışdı. Onlar 75 gün KQB-də həbsdə qaldılar. Mən onları azadlığa buraxdım. Onda baş prokurorun müavini idim. Onlar 1990-cı ilin yanvar hadisələrini işıqlandırmağa gəlmişdilər. Bütün türk qəzetləri məndən yazdı. İrfan Sapmaz  “75 gün həbsdə” kitabını yazdı. Kitabda "Murad Babayev milli qəhrəman idi" deyə qeyd edilirdi. Bütün türk qəzetləri də 1 ay bundan yazdı.

 

İstanbul - həyat yoldaşım, oğlum və mən. 1991-ci il. Həmin ili deputat seçilmişəm.

 

 

Parlamentdə çıxış edərkən.1991-ci ildə...

 

Ayaz Mütəllibov İranın Baş Prokurorluğunun işçilərini qəbul edərkən.1991-ci il.

 

Baş prokuror olanda -1992-ci il...

 

ABŞ-da, Nyu-York şəhərində qeyri-rəsmi görüş zamanı ...

 

 

 

Respublika Prokurorluğunun kollegiya iclası 1992-ci il.

 

Baş prokurorun - mənim kabinetim. Soldan keşmiş ədliyyə naziri Əlisahib Orucov, AR dövlət müşaviri, indiki deputat Sabir Hacıyev, Ali Məhkəmənin o zamanki sədri Hüseyn Talıbov. İclasdan sonra, 1992-ci il.

 

Ölkə başçısı Ayaz Mütəllibov  İran nümayəndə heyətini qəbul edir...

 

Mərkəzi Komitəsinin keçmiş birinci katibi Kamran Bağırovla Türkiyənin Antalya şəhərində istirahət zamanı. 1998-ci illərin axırı.

 

Kamran Bağırovla tennis turnirində qazandığımız qələbəni qeyd edirik.

 

General-leytenant Valeh Bərşadlı ilə bir toy məclisində.

 

SSRİ-nin keçmiş baş hərbi prokuroru Aleksandr Filipoviç Katusev Bakıya evimdə qonaq idi.1997-ci il.

 

Azərbaycan-Türkiyə iş konseyinin prezidenti Ali Yücel ən yaxın dostum idi. İndi dünyasını dəyişib.

 

2000-ci il professor Firudin Səməndərovun 60 illik yubileyində. Ortada İkram Kərimov Sumqayıt Apelasiya məhkəməsinin sədridir və professor Xanlar Ələkbərov.

 

Azərbaycan Respublikasının iki keçmiş Baş prokuroru... Eldar Həsənovla yaxşı münasibətlərimiz var. 

 

35 il keçməsinə baxmayaraq, yenə də tələbə yoldaşlarımla bir yerdəyik. Tələbə yoldaşlarım - Apelasiya Məhkəməsinin sədri Gülzar Rzayeva, Notariat kontorunun sabiq rəhbəri Maya Hüseynova, Respublika Prokurorluğunun işçisi Fəxrəddin Məmmədovla BDU-nun dosenti Rauf Şəmsizadənin oğlunun toyundayıq.

 

İlk nəvə çox şirin olur... 

 

Nəvəmin 10 yaşı olanda. 2009-cu il.

 

Ankara "Şeraton" oteli. Toydayıq. Eynəkli şəxs Türkiyənin məşhur iş adamı Ahmet Aydenizdir, o birisi isə Şimali Kipr Respublikasının təhsil naziridir.

 

Bacım qızı Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. İndi İsveçdə magistraturada oxuyur. Bir dayı kimi bacım qızı Səbinə Babaşova ilə fəxr edirəm.

 

Pprokurorluqda muzeyin açılışında. Şəkildəki simaları yəqin tanıyırsınız...

İstanbul Acıbadem xəstəxanası. Boğaz əməliyyatına getmişdim. Cərrah Nasir Dadaşzadə, 2009-cu il.

 

Kiyevdə ürək əməliyyatından sonra - 2010-cu il.

 

Gülləri çox sevirəm. Həyətimdə çoxlu gül golları əkmişəm...

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir