Modern.az

Müğənni Ayanın səsi batıb

Müğənni Ayanın səsi batıb

16 İyun 2012, 13:58

Estrada müğənnisi Ayan Babakişiyevanın səsi əməllicə batıb.  Müğənninin yaxın dostlarından birinin dediyinə görə, yaşadığı arzuolunmaz situasiya, Ayanı həkimə müraciət etməyə vadar edib.

Haqqında deyilənləri müğənninin özü də təsdiq edib: “Düz üç il bundan əvvəl səs tellərimdə ciddi problemlər özünü göstərmişdi və səsim 6 ay tamamilə batmışdı. Həm vaxtda həkimlər təcili cərrahiyə əməliyyatı keçirməyimi məsləhət görmüşdülər. Möcüzə baş verdiyi deyə bilərəm. Çünki müalicə kursu müsbət effetk verdi və səsimdəki problemlər aradan qalxdı. Bu həftənin əvvəlindən başlayaraq yenidən boğazımda ağrılar özünü göstədi. Səsim batmağa doğru gedir. Həkimim səs tellərimi gücə saldığımı söylədi. Son bir neçə ayda bir-birinin ardınca yeni mahnılar yazdırdım, günümün çox hissəsini səsyazma studiyalarında keçirdim. Sonda gərgin iş rejimindən mənə qalan “hədiyyə”m, səsimin batması oldu. Amma ruhdan düşmürəm, inşallah peşəkar həkimlərimizin  köməkliyi ilə sağlamlığımı bərpa edəcəyimə əminəm”.


Şahanə Rəhimli

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir