Modern.az

Azərbaycanda qalmaqal yaradan məşhur türk serialı bu gecə qurtarır

Azərbaycanda qalmaqal yaradan məşhur türk serialı bu gecə qurtarır

16 İyun 2012, 14:30


Bu gün azərbaycanlı tamaşaçıların da maraqla izlədiyi “Yahsi cazibe” türk serialının final seriyası yayımlanacaq. Beləliklə uzun müddətdir Türkiyənin ATV kanalı vasitəsilə yayımlanan “Yahsi cazibe” bu axşam sona çatır.

Modern.az-ın məlumatına görə, bu serial Türkiyədə Azərbaycan türkcəsini geniş ketləyə bədiiləşdirilmiş şəkildə çatdırılmasında rol oynadı. Filmin məsləhətçisi tanınmış azərbaycanlı aktrisa Məlahət Abbasovadır.

Bu serial Azərbaycanda qalmaqala səbəb oldu. Serialda Azərbaycan qadınlarından bəhs olunması birmənalı qarşılanmamış və buna təpkilər göstərilmişdi. Məhz Azərbaycandan gələn təpkilərdən çox təsirlənən Məlahət Abbasova sonradan filmin məsləhətçisi statusundan imtina etməyə məcbur oldu.

M.Abbasova və onun kimi düşünən bir çoxları isə bildirirlər ki, indiyə qədər insan alverinin qurbanı olan və pis imic qazanmış azərbaycanlı qadınlar məhz bu serial sayəsində müsbət imicdə təqdim olunub.

Serialın baş rolunun ifaçısı Hakan Yılmaz demişdi ki, “Yahsi cazibe” reytinq yığana qədər davam edəcək. Deməli artıq bu serialın da zamanı çatdı... Amma komik janrda olan serial bir neçə nominasıyalarda mükafat qazandı, baş rolun ifaçısı isə populyarlaşdı...

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu