Modern.az

Telefon abunəçiləri “Azercell”dən imtina edirlər

Telefon abunəçiləri “Azercell”dən imtina edirlər

Dünya

16 İyun 2012, 15:44

Media təmsilçiləri arasında da “Bakcell” istifadəçiləri çoxalır...

“Bakcell” Azərbaycanın ilk mobil operatorlarından olmasına baxmayaraq, yayılma arenasına və daha ucqarlarla əlaqə qurmağa şərait yaratdığına görə insanlar ilk zamanlarda “Azərcell”dən istifadəyə daha çox üstünlük verirdilər. Lakin son zamanlarda bu tendensiya kəskin sürətdə dəyişib. Belə ki, “Azərcell”in şərtləri, abunəçilərinə təklif etdiyi paketlər onların imkanları ilə üst-üstə düşmədiyindən insanlar daha sərfəli mobil operatora – “Bakcell”ə keçirlər.

Milli Məclis deputatlarının da əksəriyyəti “Azərcell”dən imtina edərək sərfəli tarifləri olan “Bakcell” nömrə işlədirlər. Bir məqamı da vurğulayaq ki, keçən ilin sonlarında “Azərcell” tərəfindən media işçilərinə paylanılan “Mediacell” nömrələrindən də demək olar ki, istifadə edən yoxdur.

Bu barədə Modern.az saytının əməkdaşı media işçilərindən, vətəndaşlardan münasibət öyrənməyə çalışıb.

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal hər iki operatordan – “Azərcell” və “Bakcell” nömrələrindən istifadə etsə də, üstünlüyü ikinciyə verir: ““Bakcell”-in tarifləri mənim üçün sərfəlidir. Ona görə ilk gündən cin nömrə almışam. “Azərcell” isə almağıma səbəb sim nömrələri olan insanlarla danışmaq üçün lazım idi”.

ATV televiziyasının “Son xəbər” verilişinin aparıcısı Samirə Mustafayeva da hər iki operatorun imkanlarından yararlanır. “Hər iki  operatordan istifadə edən dostlarım olduğu üçün həm sim, həm də cin nömrə işlədirəm. belə sərfəli paketlərlə danışdığım üçün elə böyük fərq hiss etmirəm, amma istifadə zamanı məlum olur ki, “Bakcell” daha sərfəlidir, yəni istifadə üçün yararlıdır”.

“Azadlıq” qəzetinin əməkdaşı Ramin Deko isə ölkədə mövcud olan hər üç operatorun nömrələrindən istifadə edir. Lakin o da ünsiyyət zamanı “Bakcell”ə üstünlük verən media işçilərindəndir. “Cin nömrəmi çoxdan işlədirəm, hamı bunu bilir. Belə də dəyişmək fikrim də yoxdur, çünki digər operatorlara görə daha sərfəlidir”.

Milli.az saytının əməkdaşı Şahin Cavadsoy isə digər həmkarlarından fərqli olaraq dörd telefon nömrəsi işlədir. İki “Bakcell”, bir “Azərcell”, bir “Azərfon”. Hər operatorun öz sərfəli təklifləri olduğunu deyən jurnalist “Bakcell” nömrəsinin digərlərinə nisbətən daha sərfəli olduğunu qeyd edib. “Cin nömrələrimin birindən danışıq, digərindən internet üçün istifadə edirəm. Ümumiyyətlə mənim fikrimcə, “Bakcell” digərlərinə nisbətən daha sərfəlidir”.

Jurnalist Elçin Əlibəyli də uzun müddət “Bakcell” operatorundan istifadə edənlərdəndir. “9 ildir ki, cin nömrə işlədirəm. Lakin xidmətlərindən heç də razı deyiləm. Xidmətlərində problemlər yaşanır, öz də əsassız problemlər. Ümumiyyətlə, bizdə operatorların heç biri qaneedici deyil. Sadəcə məcburən, alternativ olmadığı üçün bunlardan istifadə edirik”.

Kinoprodüser Fehruz Şamıyev “Bakcell” istifadəçisidir. “Keyfiyyət baxımından “Bakcell” mənə sərf edir. Üstəlik qiymətləri də qaneedicidir”.

Paytaxt sakini Murad Ağayev 2007-ci ilə kimi “Azərcell” operatorundan istifadə edib. Lakin özünün qeyd etdiyi kimi bu operatorla danışıq baha olduğu üçün “Bakcell”-ə keçmək məcburiyyətində qalıb. ““Bakcell”ə dostlarımın təkidi ilə keçmişəm və artıq uzun müddətdir ki, bu operatordayam və mənə də sərf edir”.

Digər bakılı Günay Quliyeva “Azərcell” və “Bakcell” operatorunun imkanlarından eyni vaxtda istifadə etsə də onun üçün ikincisi daha sərfəlidir. “Mənim üçün cin nömrəmi işlətmək daha sərfəlidir. “Azərcell”dən fərli olaraq “Bakcell”də danışıq fərqi daha çoxdur, sərfəli danışıq paketləri var və ətrafımdakılarla daha rahat ünsiyyət qururam”.

Nigar Məmmədova da “Bakcell” operatorundan istifadə edir, çünki tanışlarının 90 faizi bu mobil rabitə vasitəsilə bir-biri ilə ünsiyyət qururlar. ““Bakcell” digər operatorlara nisbətən daha sərfəlidir. Ona görə ünsiyyətdə bu mobil operatora üstünlük verirəm”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, ümumən mobil operatorlar bazarında problemlər yaşanır. O qeyd edib ki, mobil operatorların qiymətləri Azərbaycanda bahadır. Lakin o vətəndaşların “Bakcell”ə etibar edib keçməsini normal hal kimi qiymətləndirir.
“Təsadüfi deyil ki, Amerika və Kanada kimi zəngin ölkələrdə şənbə və bazar günləri bütün mobil operatorlar danışıqları pulsuz edirlər. Bizdə də qiymətlərin aşağı düşməsi üçün çoxlu operator olmalıdır. Çox normal haldır ki, hansı operator istehlakçıya sərfəli şərtlər təklif edirsə ona doğru da axın olmalıdır. Lakin istehlakçılardan hər iki operatorla bağlı, onların yersiz və aldadıcı reklamlar verməsi ilə bağlı mənə şikayətlər daxil olub. Xüsusən “Azərcell”in şirnikləndirici sms-lər vasitəsilə insanları kompaniyalara cəlb etməsi bağlı şikayətlər gəlir. Baxmayaraq ki, “Bakcell”lə bağlı əvvəllər çox şikayətlər olub, son zamanlar həmin mobil operatorda irəliləyişlər hiss olunur. Bu yaxşı cəhətdir”, – deyə E.Hüseynov vurğulayıb.

Aytən Əliyeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır