Modern.az

Çində 7 aylıq hamilə qadın abort edilib

Çində 7 aylıq hamilə qadın abort edilib

16 İyun 2012, 16:53

Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Çində 7 aylıq hamiləykən abort edilən qadınla bağlı hadisə ölkədə ajiotaj doğurub. 23 yaşlı Fenq Jianmeinin bir uşağı olmasına baxmayaraq, ikinci dəfə ana olmaq niyyətindəymiş. Amma o, aidiyyatı orqanlar tərəfindən abort olunmağa məcbur edilib.

Şanxay əyalətində məskunlaşan Jianmei ilk öncə həbs olunub, sonra  ikinci dəfə hamilə qaldığı üçün cərimə ödəməli olan qadın maddi imkansızlıq səbəbindən bunu edə bilməyib. Nəticədə məcburi abort edilib. İnternet səhifələrinə və twitter şəbəkəsinə yayılan Jianmeinin xəstəxana çarpayısında abort olunmuş körpəsiylə birgə şəkli  Çində təşvişə səbəb olub. Aidiyyatı orqanlar Jianmeidən üzr istəyib və  bunu həyata keçirən xəstəxana həkimlərini həbs edib.
Xatırladaq ki, Çin qanunlarına görə, yalnız hamiləliyin ilk 6 ayında aborta icazə verilir.
 
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir