Modern.az

“Qızıl Pillə”nin seksual aparıcısı xəstədir

“Qızıl Pillə”nin seksual aparıcısı xəstədir

19 İyun 2012, 13:09

Zemfira Adıgözəlova: “Yalnız əməliyyat olunduqdan sonra bu problemlərdən yaxa qurtara bilərəm”

Azərbaycan televiziya  məkanında ən reytinqli layihələrdən biri olan “Qızıl Pillə” verilişinin müəllifi və aparıcısı Zemfira Adıgözəlova  artıq  bir həftədən çoxdur ki,  “Lider” televiziyasından ayrılıb.

Modern.az-a açıqlama verən xanım aparıcı Lider-dən gedişini layihəni sona çatdırmaq istəyi ilə əlqaləndirib. Eyni zamanda o bildirib ki, səhhəti də verilişi davam etdirməyə imkan vermir:

“Layihənin bağlanmasında şəxsi səbəblərim yoxdur. Sadəcə, özüm layihəni bitirmək istəyirdim. Çünki artıq 3 ildən çoxdur ki, veriliş davam edirdi və son nəfəsində idi. Artıq bir həftə olar ki, layihəni tərk etmişəm. Hazırda proqramı mənim yerimə Zabir Əliyev aparır. Onun da vaxtı bir-iki buraxılışdan sonra bitəcək. Sağlamlığımda çox böyük problemlər var. Artıq neçə ildir ki, mən ürək ağrılarından əziyyət çəkirəm. Məni tanıyanlar  bilirlər ki, çantamda həmişə dərman gəzdirirəm. İstənilən vaxt ürək döyüntülərim tuturdu. O zaman yaxında təcili yardım var idisə,  ora müraciət edirdim, yox idisə, apteklərə girib iynə vurdururdum. Son zamanlar isə əsəb, stress, gərginliklər keçirdiyimə görə ağrılar çoxalmışdı. Türkiyədəki həkimim isə deyir ki, yalnız əməliyyat olunduqdan sonra bu problemlərdən yaxa qurtara bilərəm. Bu yaxınlarda Türkiyəyə gedəcəyəm və müayinə olunduqdan sonra məlum olacaq ki, əməliyyat indi  və yaxud payız aylarında olsun. Müalicədən sonra da layihəni davam etdirmək fikrim yoxdur. Tamaşaçını yormamaq lazımdır, əks halda veriliş  hörmətdən düşə bilər.  Hələ ki, məzuniyyətdəyəm. Daha böyük addımlarla, layihələrlə qayıdacağam”.

Şahanə Rəhimli

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?