16 fevral 2019, Şənbə
Ana Səhifə - GÜNDƏM - İbadət evləri: hansı rayonda necə məscid var? - VII YAZI
İbadət evləri: hansı rayonda necə məscid var? - VII YAZI
20.06.2012, 12:26

( Naxçıvan məscidləri – II hissə)

Modern.az ötən həftələrdən Azərbaycanda mövcud olan, məscidlər haqqında silsilə yazılara start verib. Bu yazılarda ölkəmizin bütün regionlarında mövcud olan məscidlərin və dini icmaların sayı, regionlarda fəaliyyət göstərən məscidlərin vəziyyəti, fəaliyyətini dayandırmış və ya qəzalı vəziyyətdə olan məscidlər haqqında geniş məlumat təqdim edirik.

Ordubad rayonu Naxçıvanın qədim diyarlarından biridir. Burada ibadət evləri əsasən öz qədimliyi ilə seçilir. Ordubad rayonunda rayon mərkəzi və 44 kənd var. Demək olar ki, Ordubadın kəndlərinin hamısında irili-xırdalı kənd məscidləri mövcuddur. Ordubad şəhərində isə mövcud olan məscidlərin əksəriyyəti tarixi əhəmiyyətə malikdir. Elə şəhərin qədim abidələrindən olan Cümə məscidi orta əsrlərə aiddir.

Məscid Ordubad şəhərinin mərkəzi meydanında ən hündür yerdə ucaldılıb. Məscid möhtəşəmliyi ilə diqqəti cəlb edir. Memarlıq görkəmi XVII-XVIII əsrlərə aid abidələrin başlıca cəhətlərini özündə daşımaqdadır. Cümə məscidinin şərq qapısı üzərindəki daş lövhədə I Şah Abbasın nəsx xətti ilə farsca beş sətirlik fərmanı həkk edilib. 1604-cü ilə aid olan bu fərmanda deyilir: “Ordubad qəsəbəsinin bütün əhalisinin ...Şah Abbas sülaləsinə etimadını, onların şiə məzhəbli olduqlarını nəzərə alaraq sənətkarlardan, əsnaflardan, bağlardan, əkin yerlərindən, dəyirmanlardan toplanan ixracal, itlaqat, nüzul, əvariz, qonalqa vergilərindən ibarət olan malcəhət və vücuhatı azaldıb (tədricən) ləğv etsinlər, onları Azərbaycan boniçesindən çıxsınlar və divan itlaqatından xaric etsinlər”.

Bu fərman da Cümə məscidinin son orta əsrlərdə formalaşdığını deməyə əsas verir. XVII əsrdə isə məscidin əsaslı şəkildə bərpa edildiyi güman olunur. Məscidin içəri divarlarındakı həndəsi formalı ornamentlər Naxçıvanın qədim abidələrindəki rəsmləri xatırladır. Bəzi mənbələrə görə, 1902/03-cü illərdə məsciddə təmir işləri aparılarkən tapılmış bir kərpicdəki yazıdan onun XI-XII əsrlərdə tikildiyi aydın olur.

Tədqiqatçılar Cümə məscidinin indiki görünüşünün sonradan edilən əlavələr nəticəsində yarandığını qeyd edirlər. Hazırda məscidin şimal-şərqində mədrəsə, qərbində isə zorxana binaları yerləşir. Məscid və ətraf binalar 1987-ci ildə əsaslı surətdə bərpa olunmuşdur. 

Ordubadda Türk imperatorunun adını daşıyan məscid var

Ambaras məscidi adını daşıyan məscid XVII əsrdə dağın üstündə Türk imperatorunun adına tikilib. Tarixçilər bu məscidin əslində XVI əsrə aid olduğunu iddia edirlər. Məscid çinar ağacının nəhəng budağının sınması nəticəsində uçub dağılmışdır. Ordubad elmi bərpa işləri kollektivinin səyi nəticəsində yenidən bərpa olunub. Abidə “Mir Cəfər” və “Sultan Murad” adları ilə də tanınır. Bu Sultan Muradın adına tikilməsi və Mir Cəfər tərəfindən bərpa edilməsi ilə əlaqədardır. 

Ordubadın məhəllə məscidləri

Əvvəllər hər məhəllənin özünün ibadət ocağı olub. Bu tarixi ənənə qədim Ordubadda məhəllə məscidlərinin indi də qalması ilə davam edir. Belə ki, şəhərin bəzi məhəllələrində məscidlər indi də qalmaqdadır. Məsələn, Dilbər məscidi adı ilə tanınan məscid Naxçıvan memarlıq məktəbinə aid edilir. Məhəllə məscidi kimi fəaliyyət göstərən ibadət evi memarlıq kompozisiyası baxımından XVII əsrə xas olan üslub və tipoloji xüsusiyyətləri özündə əks etdirir. Məscidin mehrabı, şəbəkəli pəncərələri, fasadında giriş portalı var. Şəbəkə pəncərələrinin işlənməsi, baş tağın asimmetrik yerləşməsi və s. məscid binasının Ordubad xalq yaşayış evləri ilə uyğunluq təşkil etdiyini göstərir.

Sərşəhər məscidi Ordubad şəhərində yerləşən digər bir məhəllə məscididir. Memarlıq baxımından 18-ci əsrə xas üslubu və tipoloji xüsusiyyətləri əks etdirir. İkimərtəbəli məscidin mehrabı, ağac sütunları, şəbəkəli pəncərələri və meydanı var. 1986-cı ildə bərpa və təmir edilərək, meydan kompleksi şəklinə salınıb.

Ordubadın qədim kənd məscidləri

Vənənd məscidi — Ordubad şəhərində, eyni adlı kəndin ərazisində yerləşir. Hesablamalara görə, 1324/25–ci illərdə tikilib. Düzbucaqlı formada olan məscidin sahəsi təqribən 375 kv metr, hündürlüyü 7 m-dir. Məscid bir neçə dəfə bərpa olunub. 17-ci əsrin əvvəllərində ona böyük bir bina əlavə edilir. Qapı yerinin çatmasında iri nəsx xətti ilə farsca kitabədə “Yeddi yüz iyirmi beşinci ildə (1324-25... yarandı” yazılıb. Digər kitabədə isə göstərilir ki, məscidi 1732-ci ildə Vənəndli Məhəmməd Rza bərpa edib.

Dırnıs məscidi — Ordubad rayonunun Dırnıs kəndinin Yuxarı məhəlləsində, Mirzə küçəsində yerləşir. Kənddə ən iri məscid olduğundan el arasında “Böyük məscid” adlanır. Məscidin dirəklərindən birinin sütun başlığı üzərində qara rənglə yazılan kitabədən aydın olur ki, məscid hicri 1339-cu ildə (1920-21) təmir olunmuş, təmir işlərini Ordubadlı usta Həsən həyata keçirmişdir. 1999-cu ildə əhalinin vəsaiti ilə yenidən təmir olunmuş, bu zaman məscidin qərbdən giriş qapısının qarşısında balkon düzəldilmiş və minarə hörülüb. Memarlıq-konstruktiv quruluşuna görə XVII əsrə aid edilir.

Hacı Hüseynqulu məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə kəndində yerləşir. Məscidin üzərində kitabə olmasa da yerli camaatın dediyinə görə onu Hacı Hüseynqulu adlı nüfuzlu bir adam tikdirib. Öldükdən sonra özü də məscidin cənub divarının qarşısında dəfn olunub. Məsciddə olduğu kimi qəbirin üstündə də heç bir epiqrafik sənəd-kitabə yoxdur. Ancaq son zamanlar məscid bərpa edilərkən qəbirin üstü də götürülmüş, mərmər başdaşı və sinədaşı qoyulub Başdaşının üstündə ərəb əlifbası ilə “Mərhum Hacı Hüseynqulu, 16-cı əsr” sözləri həkk edilib. Naxçıvan bölgəsində ən qədim məscid nümunələrindən olan abidənin daxili böyük salondan ibarətdir. Sonralar, deyilənə görə, XX əsrin əvvəllərində qərb tərəfdən əlavə bina tikilib kişilərə aid salona birləşdirilib. Məscidin əsas, qədim hissəsi daşdan üç böyük sütunun və divarların üstündə dayanıb. Sütunların arası və sütunlarla divarların arası tağvari birləşdirilib. Divarların qalınlığı 1 m-dir. Məscidin içərisində, divarlarda 5 divariçi-taxça düzəldilib. Girişin önündə eyvan var. Eyvanın fasadı 12 tağdan ibarətdir. Məscidin yanında qonaq otağı vardır. Kənddə yas mərasimləri bu məsciddə keçirilir, həmçinin məhərrəmlikdə və orucluqda burada dini mərasimlər icra olunur. Məscidin cənubunda olan qəbiristanlıq da vaxtı ilə Hacı Hüseynqulunun torpaq sahəsi olmuş, onu qəbiristanlıq üçün bağışlanıb. Orada olan məzar kitabələrinə əsasən demək olar ki, Hacı Hüseynqulu XV əsrdə yaşamış, məscidi də həmin vaxt inşa etdirib.

Əylis məscidi — Ordubad rayonunun Əylis kəndində orta əsrlərə aid ibadət evidir. Tədqiqatçılara görə Əylis məscidi XVI əsrdə İran şahı I Şah Abbas tərəfindən inşa edilib (el arasında “Şah Abbas məscidi” də adlanır). Məscidin əvvəllər mövcud olmuş mədrəsəsi son zamanlara qədər qalmışdı. Sonralar dağılmış, hazırda bərpa edilir.

Burçunlu məscidi — Оrdubad rayonunun Vənənd kəndinin Burçunlu məhəlləsindədir. Məscidin cənub tərəfdəki çatma tağlı qapısından kiçik оtağa, оradan şərq divardakı qapı ilə böyük salоna giriş qapısı vardır. Uzunluğu 9,5 m, eni 9,6 m, hündürlüyü 4,2 m, divarın qalınlığı 1,2 m. Tavan 2x2=4 sütun üstə оturub. Şimal divarın önündə qadınların оturması üçün 2 mərtəbə-balkоn düzəldilib. Sütun başlıqları gözəl düzəldilib. Memarlıq abidəsini kоnstruktiv quruluşuna görə XVII əsrə aid etmək оlar.

Ordubad rayonunun digər məscidləri:

Anabad məscidi, Azadkənd məscidi, Ağrı məscidi, Aşağı Əndəmic məscidi, Aşağı Əylis məscidi, Baş Dizə məscidi, Başkənd məscidi, Behrud məscidi, Biləv məscidi, Dizə məscidi,  Düylün məscidi, Düylündizə məscidi, Dərkənd məscidi, Dəstə məscidi, Kotam məscidi, Kələki məscidi, Kələntər məscidi, Məzrə məscidi, Nürgüt məscidi, Nüsnüs məscidi, Nəsirvaz məscidi, Parağa məscidi, Parağaçay məscidi, Pəzməri məscidi, Qoşadizə məscidi, Sabirkənd məscidi,  Xanağa məscidi, Xurs məscidi, Şəhriyar məscidi, Ələhi məscidi.

Ardı var...

Orxan Əli


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Vüqar Hüseynov: “Fermerlərin siyahıları dəqiqləşdirilir, texniki hazırlıq işləri başa çatıb”
16.02.2019, 13:49

Vüqar Hüseynov: “Fermerlərin siyahıları dəqiqləşdirilir, texniki hazırlıq işləri başa çatıb”

İnstitut: Şamaxıda vulkan püskürməyib, gil kütləsi üzə çıxır
16.02.2019, 13:20

İnstitut: Şamaxıda vulkan püskürməyib, gil kütləsi üzə çıxır

İraq İrana neft ixracatını dayandırıb
16.02.2019, 13:03

İraq İrana neft ixracatını dayandırıb

Gimnastımız Dünya Kubokunun finalına çıxdı
16.02.2019, 12:48

Gimnastımız Dünya Kubokunun finalına çıx

ATƏT-in baş katibi: "Rusiya Cənubi Qafqazda münaqişələrin həllində mühüm rol oynayır"
16.02.2019, 12:35

ATƏT-in baş katibi: "Rusiya Cənubi Qafqazda münaqişələrin həllində mühüm rol oynayır"

İsmayıllıda 16 min 500 manatlıq oğurluq edənlər tutuldu
16.02.2019, 12:15

İsmayıllıda 16 min 500 manatlıq oğurluq edənlər tutuldu

Vida günü deyə bilmədiklərim...
16.02.2019, 12:00

Vida günü deyə bilmədiklərim...

Baş redaktora ağır itki üz verdi
16.02.2019, 11:41

Baş redaktora ağır itki üz verdi

Azərbaycana xeyli qızıl gətirilməsinin qarşısı alındı
16.02.2019, 11:28

Azərbaycana xeyli qızıl gətirilməsinin qarşısı alındı

İsmayıllıda marşrut avtobusu 25 yaşlı qızı vurub öldürdü
16.02.2019, 11:12

İsmayıllıda marşrut avtobusu 25 yaşlı qızı vurub öldürdü

Axtarışda olan 29 nəfər saxlanıldı
16.02.2019, 11:10

Axtarışda olan 29 nəfər saxlanıldı

Çeçenistanın naziri Əli Həsənovun açıqlamasına cavab verdi
16.02.2019, 10:44

Çeçenistanın naziri Əli Həsənovun açıqlamasına cavab verdi

Bizimkilər - Ceyhun Əli: “Mənə “Səndə bu alınmayacaq” söyləyənlər də olmuşdu” - FOTOLAR
16.02.2019, 10:25

Bizimkilər - Ceyhun Əli: “Mənə “Səndə bu alınmayacaq” söyləyənlər də olmuşdu” - FOTOLAR

Baytarlıq Xidməti xəstəliklərə görə toplandı
16.02.2019, 10:21

Baytarlıq Xidməti xəstəliklərə görə toplandı

Qərbi Kaspi Universiteti Türkiyənin daha bir universiteti ilə əməkdaşlığa başlayır
16.02.2019, 10:19

Qərbi Kaspi Universiteti Türkiyənin daha bir universiteti ilə əməkdaşlığa başlayır

Cəbhədə erməni təxribatı - kəndlərimi atəşə tutuldu
16.02.2019, 09:55

Cəbhədə erməni təxribatı - kəndlərimi atəşə tutuldu

Azərbaycan çaylarında son durum...
16.02.2019, 09:25

Azərbaycan çaylarında son durum...

Tramp Türkiyəyə yeni səfir təyin etdi
16.02.2019, 09:14

Tramp Türkiyəyə yeni səfir təyin etdi

Dəhşətli qəzanın görüntüləri yayıldı – VİDEO
16.02.2019, 00:54

Dəhşətli qəzanın görüntüləri yayıldı – VİDEO

Şəmkirdə 26 yaşlı gənc bıçaqlandı
16.02.2019, 00:36

Şəmkirdə 26 yaşlı gənc bıçaqlandı

Silahlı hücumda 66 nəfər öldürüldü
16.02.2019, 00:16

Silahlı hücumda 66 nəfər öldürüldü

Paytaxt sakini mənzilində yanaraq öldü
15.02.2019, 23:57

Paytaxt sakini mənzilində yanaraq öldü

Azərbaycan nefti bahalaşıb
15.02.2019, 23:46

Azərbaycan nefti bahalaşıb

Bakıda gənc qız itkin düşdü
15.02.2019, 23:31

Bakıda gənc qız itkin düşdü

Leyla Əliyeva Buzovnada sosial xidmət müəssisəsinin açılışına qatıldı - FOTOLAR
15.02.2019, 23:20

Leyla Əliyeva Buzovnada sosial xidmət müəssisəsinin açılışına qatıldı - FOTOLAR

Nazirlikdən sosial müavinətlərlə bağlı İTTİHAMLARA cavab    
15.02.2019, 23:04

Nazirlikdən sosial müavinətlərlə bağlı İTTİHAMLARA cavab  

Daha 17 uşaq qızılcaya tutuldu
15.02.2019, 22:50

Daha 17 uşaq qızılcaya tutuldu

ABŞ-da fövqəladə vəziyyət elan edildi
15.02.2019, 22:37

ABŞ-da fövqəladə vəziyyət elan edildi

Yüzlərlə etirazçı Yerevan-Tbilisi dəmiryolunu bağladı - VİDEO
15.02.2019, 22:20

Yüzlərlə etirazçı Yerevan-Tbilisi dəmiryolunu bağladı - VİDEO

Şamaxıda yenidən vulkan püskürdü
15.02.2019, 22:06

Şamaxıda yenidən vulkan püskürdü

Özünü asan qızı polislər xilas etdi
15.02.2019, 21:49

Özünü asan qızı polislər xilas etdi

Elmar Məmmədyarov Almaniyada Qarabağ münaqişəsini müzakirə etdi
15.02.2019, 21:36

Elmar Məmmədyarov Almaniyada Qarabağ münaqişəsini müzakirə etdi

“Azərsu”ya məxsus avtomobil avtobusa çırpıldı
15.02.2019, 21:23

“Azərsu”ya məxsus avtomobil avtobusa çırpıldı

ABŞ bu ölkəyə qarşı sanksiyaları sərtləşdirir
15.02.2019, 21:11

ABŞ bu ölkəyə qarşı sanksiyaları sərtləşdirir

Leyla Əliyeva Balaxanıda sahibsiz itlərə qayğı mərkəzinin açılışında - FOTOLAR
15.02.2019, 20:57

Leyla Əliyeva Balaxanıda sahibsiz itlərə qayğı mərkəzinin açılışında - FOTOLAR

Hindistan Pakistandakı səfirini geri çağırdı
15.02.2019, 20:43

Hindistan Pakistandakı səfirini geri çağırdı

Almaniya müdafiə xərclərini artırır
15.02.2019, 20:29

Almaniya müdafiə xərclərini artırır

Nazir günərzi qayğı mərkəzində - FOTOLAR
15.02.2019, 20:16

Nazir günərzi qayğı mərkəzində - FOTOLAR

Bakıda 20 yaşlı qızı vurub hadisə yerindən qaçdılar
15.02.2019, 20:01

Bakıda 20 yaşlı qızı vurub hadisə yerindən qaçdılar

Azərbaycan vətəndaşları Türkiyədə şəxsiyyət vəsiqəsi ala biləcək
15.02.2019, 19:58

Azərbaycan vətəndaşları Türkiyədə şəxsiyyət vəsiqəsi ala biləcək

Azərbaycanın daha beş rayonunda “ASAN Xidmət” mərkəzləri açılacaq
15.02.2019, 19:49

Azərbaycanın daha beş rayonunda “ASAN Xidmət” mərkəzləri açılacaq

İsmayıllıda marşrut avtobusu qadını vuraraq öldürüb
15.02.2019, 19:38

İsmayıllıda marşrut avtobusu qadını vuraraq öldürüb

Prezidentin köməkçisi “Neolit”dəki insidentə münasibət bildirib
15.02.2019, 19:27

Prezidentin köməkçisi “Neolit”dəki insidentə münasibət bildirib

Əsrlər sonra açıqlandı: Hürrəmin məktubları
15.02.2019, 19:16

Əsrlər sonra açıqlandı: Hürrəmin məktubları

Azərbaycan Ukraynaya avtomobil ixrac edəcək
15.02.2019, 19:09

Azərbaycan Ukraynaya avtomobil ixrac edəcək

Pensiyaların iki aylıq artımla verilməsinə başlanılıb
15.02.2019, 19:01

Pensiyaların iki aylıq artımla verilməsinə başlanılıb

Ötən il ən böyük hərbi büdcəyə malik ölkələri məlum oldu
15.02.2019, 18:50

Ötən il ən böyük hərbi büdcəyə malik ölkələri məlum oldu

Elmar Məmmədyarov ukraynalı həmkarı ilə görüşüb
15.02.2019, 18:39

Elmar Məmmədyarov ukraynalı həmkarı ilə görüşüb

Tramp barışıq üçün maliyyə nazirini Çinə göndərdi
15.02.2019, 18:24

Tramp barışıq üçün maliyyə nazirini Çinə göndərdi

Sendviç oğurlayan deputat mandatından imtina etdi
15.02.2019, 18:17

Sendviç oğurlayan deputat mandatından imtina etdi

ARXİV