Modern.az

Tovuzda "qızıl ilanlar" evə hücum edib

Tovuzda "qızıl ilanlar" evə hücum edib

20 İyun 2012, 17:07

Tovuz rayonunun Düzqırıqlı kəndi ilanların hücumuna məruz qalıb. Məlumata görə, ilanlar daha çox kənd sakini Yaxşı Hüseynovanın evinə daraşıblar.  Evlərə və yaşayış yerlərinə soxulan ilanlar əsasən xalq arasında “qızıl ilan” və “gürzə” kimi tanınır. Ev sahiblərinin Modern.az-a dediyinə görə, ilanların onların evlərini hədəf seçməsinin əsas səbəbi yaşadıqları mənzilin qəbiristanlığa yaxın olmasıdır.
Hələ ki, aidiyyatı qurumlar ilanlarla mübarizəyə başlamayıblar.  
Tovuz rayon Baytarlıq İdarəsinin sədri Zülfüqar Kərimovun sözlərinə görə, ilanlarla mübarizəni Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları aparmalıdırlar. Onun bildirdiyinə görə, bu il respublikanın bir çox yerlərində olduğu kimi Tovuzda da ilanların sayı artıb. Son iki ayda rayonda 30-a yaxın iri buynuzlu və 100-ə yaxın xırda buynuzlu heyvan ilan sancmalarının qurbanı olub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir