Modern.az

Misirdə prezident seçkisinin nəticələrinin açıqlanması ertələnib.....

Misirdə prezident seçkisinin nəticələrinin açıqlanması ertələnib.....

21 İyun 2012, 11:32

Misirdə prezident seçkilərinin ikinci turunun nəticələrinin açıqlanması ertələnib. Rusiya mətbuatının Misir dövlət televiziyasına istinadən verdiyi məlumata görə, nəticələr qanuna əsasən iyunun 21-də açıqlanmalı idi. Lakin seçkidə iştirak edən namizədlərin şikayətlərini nəzərə alan Yuxarı Seçki Komissiyası (YSK) şikayətlərə baxılması üçün  əlavə vaxt istəyib. Xəbərdə o da bildirilir ki, hakimlər kollegiyası ikinci tur seçkiləri ilə bağlı 400 şikayət ərizəsinə baxmalıdırlar. Nəticələrin yenidən hesablanıb açıqlanacağı tarixi dəqiqləşdirilməyib.
Məlumatlara görə, islamçı “Müsəlman qardaşlar” hərəkatının namizədi Məhəmməd Mursinin qalib elan ediləcəyi gözlənilir. Məhəmməd Mursi 1951-ci ildə anadan olub. Qahirə Universitetini bitirən Məhəmməd Mursi ixtisasca mühəndisdir. 1982-ci ildə ABŞ-ın Cənubi Kaliforniya Universitetində doktorluq dissertasiyası müdafiə edib. Misir və ABŞ universitetlərində dərs deyib.

1992-ci ildə “Müsəlman qardaşlar” hərəkatına qoşulan Məhəmməd Mursi 2000-ci ildə parlamentin deputatı seçilib. 2006-cı ildə Hüsnü Mübarək rejiminə qarşı aksiyalara görə 7 ay həbsdə yatıb. 2011-ci ilin aprelində “Müsəlman qardaşlar” hərəkatına daxil olan Azadlıq və Ədalət Partiyasına rəhbər seçilib.

 Bu arada keçmiş prezident Hüsnü Mübarəkin vəziyyəti kritik olaraq qalır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?