Modern.az

Hitler varislərin gözü ilə tanıdılacaq

Hitler varislərin gözü ilə tanıdılacaq

İqtisadiyyat

21 İyun 2012, 20:04

Modern.az-ın rus mətbuatına istinadən verdiyi məlumata görə, sabah “Hitlerin uşaqları”(Hitler’s Children) adlı sənədli filmin təqdimatı olacaq. İsrail rejissorunun çəkdiyi filmdə Hitlerin tərəfdarlarının övladları və nəvələrinin fürer haqqındakı söhbətləri, düşüncələri əks olunub. Onlardan kimisi valideynlərinin cinayətlərində özünü qismən günahkar hiss edir, bəziləri isə bu yükü daşımaq məcburiyyətində olmadıqlarını bildirir.
Məsələn, Herinqin bacısı nəvəsi Bettina nəslinin davam etməməsi üçün sterilləşdirmə üzrə əməliyyat keçirib. Himmlerin bacısı nəvəsi Katrin isə günah hissi keçirmədiyini, hətta İsrail vətəndaşına ərə getdiyini bildirib.  
Polşa qubernatoru Hans Frankın oğlu A.Nikolas Frank filmdə atasına olan nifrətini gizlətmir: o bütün həyatını Hitler rejmini ifşa edən məqalələrin yazılmasına həsr edərək məktəblilərin, tələbələrin qarşısında mühazirələrlə çıxış edir.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir