Modern.az

Suriya Türkiyənin döyüş təyyarəsini vurdu

Suriya Türkiyənin döyüş  təyyarəsini vurdu

23 İyun 2012, 09:28

Türkiyənin baş naziri Ərdoğanın Ankaraya dönüşünün ardından ölkənin yüksək çinli məmurlarının qapalı keçirilən toplantısı başlayıb və bu iki saat çəkib. (cnnturk.com)

Toplantıya Genelkurmay Başqanı Ordu generalı Necdet Özel, Xarici İşlər naziri Ahmet Davutoğlu, Daxili işlər naziri İdris Naim Şahin, Milli Savunma Bakanı İsmet Yılmaz, Hava Kuvvetleri Komutanı Ordu generalı Mehmet Erten ve MİT Müsteşarı Hakan Fidan qatılıb.

Baş nazirin rəhbərliyi ilə gerçəkləşdirilən güvənlik toplantısı sona çatıb. Toplantının ardından yayılan yazılı açıqlamada Malatyada havaya qalxan sonra Ağ dəniz üzərində düşən döyüş təyyarəsi ilə bağlı bildirilir ki, 22 iyin 2012 tarixində vəzifə uçuşu üçün Malatya Erhaç meydanından havaya qalxan döyüş təyyarəsinin yox olması ilə bağlı toplantıda müzakirələr olub.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, təyyarə Suriya tərəfindən vurulub.

Təyyarənin və onun pilotlarının axtarışı davam etdirilir.

Türkiyə məsələnin tam olarak aydınlaşdırılması üçün lazım olan bütün addımları atacağını bəyan edib".

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı