23 mart 2017, Cümə axşamı
Ana Səhifə - FOTOSÖHBƏT - Telerejissor Mehriban Ələkbərzadə ilə fotosöhbət
Telerejissor Mehriban Ələkbərzadə ilə fotosöhbət
25.06.2012, 08:07

Mehriban Zaur qızı Ələkbərzadə 1965-ci il avqustun 5-də Gəncə şəhərində doğulub. Uşaq yaşlarından ailəsi Sumqayıt şəhərinə köçüb və o, buradakı 17 saylı orta məktəbi 1982-ci ildə bitirib. Bir il Sumqayıt Dövlət Dram Teatrında rejissor köməkçisi işləyib. Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutun rejissorluq fakültəsinə 1983-cü ildə daxil olub. İxtisas təhsilini görkəmli rejissor Mehdi Məmmədovun kursunda alan Mehriban Ələkbərzadə tələbəlik illərində institutun Tədris teatrında Tennessı Uilyamsın "Sökülən yurd", Eduard de Filipponun "Silindr", Dövlət Televiziyasında Elçinin "Ömrün son səhəri" pyeslərini tamaşaya hazırlayıb. Elçinin bu əsəri televiziya tamaşası kimi də çəkilib. Ali savadlı rejissor diplomu almaq üçün o, 1998-ci il iyunun 11-də Akademik Milli Dram Teatrının Kiçik səhnəsində Jan Pol Sartın "Dəfn edilməmiş ölülər" dramını tamaşaya hazırlayıb. "Əla" qiymət alan gənc rejissor təyinatla Lənkəran Dövlət Dram Teatrına göndərilib. Burada Şıxəli Qurbanovun "Sənsiz" (2 noyabr 1989), Bəxtiyar Vahabzadənin "Yağışdan sonra" (25 mart 1989), Stanislav Stratiyevin "Avtobus", ("Çarəsiz sərnişinlər" 24 aprel 1990) pyeslərinə quruluş verib.

1990-cı ildə Lənkərandan Bakıya qayıdandan sonra "Azərbaycanfılm" kinostudiyasında "Güzgü" qısametrajlı bədii filmini çəkib. Rejissor Mehriban Ələkbərzadə 1991-ci il yanvar ayının 28-də Akademik Milli Dram Teatrına rejissor köməkçisi ştatına işə götürülüb. 1 aprel 1994-cü ildən isə bu kollektivdə quruluşçu rejissordur. O, Akademik teatrda "Dəfn edilməmiş ölülər", "Min illərin işığı", "Müəmmalı bir gəlin üç versiyası", "Poçt şöbəsində xəyal", "Afət" və başqa tamaşalar hazırlayıb.

Mehriban Ələkbərzadə Azərbaycan Dövlət Televiziyasında Nahid Hacızadənin "Yaşa, ey haqq!", Jan Koktonun "İnsan səsi", Marşa Normanın "Gecən xeyrə qalsın, ana", Mehriban Vəzirın "İlğım", Afaq Məsudun "Cəza" əsərlərini tamaşaya hazırlayıb.
"Space" televiziyasında özünün həm rejissoru, həm müəllif-aparıcısı olduğu "Dünən, bu gün, sabah, "Telebenefıs", "Fövqəl dünya və mən" bədii kompozisiyaları silsilə proqramlar arasında xüsusi yer tutur. Bu televiziya kanalında dörd seriyalı "Qırmızı terror və ya Mircəfər Bağırov", "Azərbaycan xanlıqları" bədii-sənədli fılmlərin rejissorudur. 2003-cü ildə Naxçıvan MR-nın Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülüb. 2008-ci ilin əvvəllərində mətbuata açıqlamasında rejissor televiziya fəaliyyətinə son qoyduğunu bildirib.

 

Atamla....

 

Kədərli uşaqlığım...

 

İkinci sinifdə oxuyurdum...

 

8-ci sinif şagirdiyəm. Qarşımda çəhrayı arzular boy göstərir...

 

Orta məktəbə vida dediyim zamandır. O zaman arzularım aşıb-daşırdı...

 

Ali məktəb tələbəsiyəm. Amma qaygılarım çoxdur…

 

Universtitet divarları… Kurs işinin təhvili…

 

Növbəti mərhələm… 

 

Böyük SEÇİM qarşısındaydım...

 

Diplom tamaşam SARTRdan sonra… 

 

Rejissor kimi ilk əmək kitabçam açıldı... 

 

Artıq 33 yaşım var...

 

"Güzgü" filminin çəkiliş meydançası... 

 

Həmin filmdə baş rolun ifaçısı Pamiz Əzizbəyli  ilə işləyirik...

 

Space-dəki məşhur zamanlarım “Dünən Bu gün Sabah” proqramları… 

 

AzTV-də başıbəlalı MAARİFÇİLİK studiyası…2007-2008-ci illər...

 

Türkiyədə konfransda çıxışdan öncə...

 

PANAfilm studiyasında Bahadur Özdenir (ssenarist) və Mehmet Canpolatla (baş prodüser).

 

H.Cavidin “Afət” əsərinə verdiyim quruluşun premyera günü.

 

Ufa şəhərində teatr festivalında...

 

Amerika... Vaşinqtonda NBCW TV-də. 

 

Moskvada... İşgüzar səfərdə. 

 

Space-də departamentimdəki uşaqlarla xatirə fotosu 

 

Daşkənddə... Azərbaycan Kino günləri.

 

Kinoda müəllimim Rasim Ocaqovla...

 

Türkiyədə MƏKAN Teatro festivalında.

 

Amerikalı Mister Li ilə…

 

İstanbulum…. sevdiyim rakursda foto yapıram.

 

Xınalıq yolunda çəkimdən sonra…

 

ARDNŞ-nin 1-ci vitse-prezidenti Xöşbəxt Yusifzadə haqqında filmin çəkilişi zamanı.

 

Hava limanında...

 

BİLKENT Universtetində məruzəm… Tələbə və müəllim heyətiylə görüş...

 

Amerikanın MİFİnin sındığı zaman - 2001 il.

 

Məhkumlar- bədii filminin çəkimi zamanı operator Kənan Məmmədovla.

 

Lahıc - Niyal dağlarında  çəkiliş prosesində…

 

Həyatımın ciddi mərhələsində…

 

Amerikada film çəkilişləri zamanı...

 

Filmlərimdən sonrakı görüşlərin birində.

 

"Məhkumlar" filminin çəkilişində...

 

Praqada konfransdan öncə...

 

"Qara MART - 1918 il" sənədli-bədii filminin çəkim prosesi operator Adil Abbasovla.

 

Tarixi  muzeydə… Təmkinli ola bilmirəm...

 

ANS-ə məxsus fotodur. Dostlarımın layihəsində…

 

LAHIC- çəkilş qrupu tam olaraq.

 

Murovdağda “N”… mövqeyi… "Azərbaycan və Azərbaycanlılar" layihəsində.

 

 

Azərbaycan Xanlıqları…(Şəki-) filminin çəkilişində.

 

Atam-dan sonra…

 
Modern.az

Xalid
25.06.2012, 00:07

Bu xanımın səsi, onun əvəzolunmaz ifadə tərzi üçün darıxmışam...Hər gün onu dinləmək istərdim. Kaş hər kanalda heç olmasa tək bir nəfər bu səviyyədə yaradıcı, aparıcı olydı...

Nazim
25.06.2012, 01:08

Yaxşılığa doğru çox dəyişilb. Allah onu ürəyindəki arzularına çatdırsın.

sənan
25.06.2012, 01:27

Vətənini xalqını tarixini sevən ziyalı -azəri simalı bir Qadın

Bakılı
25.06.2012, 03:00

Böyük hörmət bəslədiyim ziyalı Azərbaycan xanımı. Fikrimcə efirlərdə bu tip müasir Azərbaycan xanımları təbliğ olunmalıdır. Onun televiziya layihələri və bədii sənədli filmləri əvəzolunmazdır. Uzun ömür, can sağlığı, xoşbəxtlik və yaradıcılıq uğurları arzulayıram.

ELCHİN HASANOV
27.06.2012, 14:42

HEQİQETEN HALAL OLSUN MEHRİBAN x. CHUNKİ SİZ TAMASHACHİLAR ARASİNDA O QEDER MUSBET AURA QAZANMİSİNİZ. TARİXİ HEQİQETLERİ SENEDLESHDİRİB CHOX GOZEL İSHİQLANDİRMİSİNİZ. SİZ OZ DESTİ XETTİNİZLE VE SESİNİZLE YADDASHLARİMİZDA QALMİSİNİZ. XAHİSH OLUNUR Kİ BU FORMATLİ VERLİSHLERLE BİR DAHA YENİDEN SİZLERİ BU MAVİ EKRANLARDA GOREK. BELE SAVADLİ, TARİXİ VE SENEDLİ SOZLERE VE FİKİRLERE BOYUK EHTİYAC VAR........ SİZLERİN YOLUNUZU GOZLEYECİYİK.

Yaşar Məmmədov
28.06.2012, 04:42

Gözəl xanımdır

Rüfət
02.07.2012, 06:16

Mehriban xanımı "Space " TV-də yayınlanan Xanlıqlar haqqındakı verlişlərdə nümayiş etdirdiyi vətənpərvərlik və yüksək biliklə xatırlayıram. Həqiqətən Azərbaycan tele məkanına çox lazım olan simadı. Allah canını sağ eləsin.

elif
09.07.2012, 06:22

Təəccüblüdür, Nə əcəb Mehriban xanım ailə həyatını əks etdirən şəkillərini ortaya çıxarmayıb?

Inqilab
13.07.2012, 02:10

"Space" TV-də yayımlanan xanlıqlar haqqında verlişə böyük məmnuniyyətlə və zövqlə baxırdım. Ümumiyyətlə Mehriban xanımın verilişləri maraqlı olub. Amma inciməsin Mircəfər Bağırov haqqında film............ gərək bunu çəkməzdi.

vətən sevdalısı
13.07.2012, 12:40

Mehriban xanımın araşdırma filmləri çox fərqli və izlədikcə insanı özünə cəlb edirdi.Bu filmlər tariximizə həmdə görsəl olaraq ekuskursiya idi.Heyf ki, indi proqramları yoxdu izləməyə.İşlərində uğurlar arzulayır,ekranlarda gözləyirik

Namiq Əliyev
19.07.2012, 02:02

Mehriban xanım çox hörmət etdiyim insanlardandır. Hayıf ki televiziyadakı fəaliyyətinə son qoydu. Amma istənilən halda uğurlu işləri davam edirsə bu bizi sevindirir.

NAHİD
22.07.2012, 23:31

Mehriban xanım,yüksək dünagörüşə,enisklopedik biliyə və ən başlıcası ecazkar gözəlliyə malıkdir.Mehriban xanımın arzularının həyata keçməsi üçün duaçıyam.

Lili Guliyeva
25.07.2012, 03:32

Memmuniyyetle tanish oldum Mehriban xanimin heyatinin muxtelif anlarini eks etdiren fotolarla. Her bir insan kimi cox deyishib bu iller erzinde. Indi qarshimizda sanballi, ciddi , ishguzar bir xanim goruruk. Savadina, danishiq terzine , fikrini tamashaciya, dinleyiciye ve nehayet oxucuya cox gozel catdirir. Bundan sonraki ishlerinde de uqurlar. Cox isterdim ki, yeniden televiziyada ishleri ile bizi sevindirsin.

gülüstan
26.07.2012, 06:40

Mehriban xanım çox savadlı, geniş dünyagörüncəsinə malik,çalışqan, daima öz üzərində işləyən, ən başlıcasi öz yolu, öz prinsipləri olan gözəl ,ağıllı, istedadlı bir xanımdır. Mənim ona çox böyük hörmətim var. Allah yolunuzu açıq etsin Mehriban xanım!

Fikrət
29.07.2012, 12:09

Xoşbəxt o insandır ki, haqqında bu qədər xoş sözlər deyilir. Halal olsun, fəxrimizdir

vilayet
30.07.2012, 01:32

Mehriban xanim adi kimi mehribandir ona isinde uqular arzulayiram

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
23.03.2017, 01:20

"Mövlud binanın başına iki dəfə çıxıb" - Sevinc Fədai

23.03.2017, 00:41

Baş nazir terrorla bağlı antiböhran komitəsini toplayır  

23.03.2017, 00:13

Babayan silah  qaçaqmalçılığında ittiham olundu

23.03.2017, 00:09

İran nefti bu həftə Belarusa çatdırılacaq

22.03.2017, 23:52

London terrorunu törədənin adı AÇIQLANDI        

22.03.2017, 23:32

Almaniya öz vətəndaşlarını deportasiya edir

22.03.2017, 23:26

İran “Hizbullah”ın Yəmən qanadını yaradır

22.03.2017, 23:16

İŞİD-in 180 lideri məhv edilib

22.03.2017, 22:59

Londondakı terrorda ölənlərin sayı 4-ə çatıb – Yenilənib

22.03.2017, 22:46

Bakıda idman zalına basqın olub - VİDEO

22.03.2017, 22:29

Bərdədəki qəzada ölənlərin adı açıqlandı, Yenilənib

22.03.2017, 22:21

Böyük Britaniya tarixinin ən qanlı TERROR AKTLARI

22.03.2017, 22:17

Hər gün bu səbəbdən 800 uşaq ölür

22.03.2017, 21:59

Rusiya Ukraynaya pul köçürmələrini dayandırıb

22.03.2017, 21:43

Salyanda 5 otaqlı ev yanıb

22.03.2017, 20:58

Qəzada bir ailənin iki üzvü öldü

22.03.2017, 20:43

İtaliyada sərnişin qatarı qəzaya uğrayıb

22.03.2017, 20:16

Neft 50 dollaradək ucuzlaşdı

22.03.2017, 17:56

Almaniya Türkiyəyə silah satmayacaq

22.03.2017, 17:52

İslam Həmrəyliyi Oyunlarında bilet satışına start verilib

22.03.2017, 17:30

Xəzərdə meyiti tapılan neftçinin kimliyi müəyyənləşdi

22.03.2017, 17:14

Qarabağ separatçılarının keçmiş komandiri Yerevanda həbs olundu

22.03.2017, 16:59

Bakıda 3 otaqlı ev yandı

22.03.2017, 16:51

Azərbaycanda orta aylıq əmək haqqı açıqlandı

22.03.2017, 16:43

Fuad Muradov Avropa parlamentində vacib görüşlər keçirib - FOTOLAR

22.03.2017, 15:54

"Barselona"nın sabiq prezidenti vəfat edib

22.03.2017, 15:46

Elçibəyin Krım azərbaycanlılarına ünvanladığı məktub üzə çıxdı - FOTO  

22.03.2017, 15:26

Hay ver mənə, cənab general!

22.03.2017, 15:24

Maliyyə Nazirliyinin şöbə müdiri vəfat edib

22.03.2017, 15:01

Moldova azərbaycanlıları Novruz şənliyi keçirdi - FOTOLAR

22.03.2017, 14:42

2017-ci ilin ən populyar turizm marşrutlarının adı AÇIQLANDI

22.03.2017, 14:26

Qənirə Paşayeva Tovuzun cəbhə kəndlərində sakinlərə görüşüb

22.03.2017, 13:53

Bu il 233 tələbə seçdiyi universitetə köçürülüb

22.03.2017, 13:35

Yol polisi taksi sürücülərinə XƏBƏRDALIQ etdi

22.03.2017, 13:17

Beynəlxalq axtarışda olan şəxs Gürcüstanla sərhəddə yaxalandı

ARXİV