Modern.az

Azay Quliyev Zəlimxan Yaqubu təbrik edib

Azay Quliyev Zəlimxan Yaqubu təbrik edib

21 Yanvar 2010, 16:08

Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun 60 yaşı tamam olub. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı  Azay Quliyev bu münasibətlə şairə təbrik məktubu ünvanlayıb.

Məktubda bildirlir: “Sizi 60 illik yubileyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Yaradıcı insan üçün altmış yaş elə də çox deyil, əsl kamillik və müdriklik dövrünün başlanğıcıdır. Arxada qalan böyük poeziya uğurlarınıza baxmayaraq, əminik ki, irəlidə Sizi yeni-yeni möhtəşəm əsərlər və hərarətli oxucu alqışları gözləyir”.  Məktubda bildirilib ki, Z.Yaqubun zəngin yaradıcılığı o taylı-bu taylı Azərbaycanda, bütün türk dünyasında sevilir.    

“Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ithaf etdiyiniz  “Əbədiyyət  dastanı”  Azərbaycan xalqının gələcək nəsilləri üçün mənəvi güvənc, iftixar və qürur mənbəyi olaraq, klassik poeziyamızın ölməz əsərləri ilə bir sırada daim yaşayacaqdır”-deyə təbrikdə bildirlib.       

A.Quliyev Z.Yaqubun aşıq sənətinin inkişafını yüksək qiymətləndirib: “Çox önəmlidir ki, H.Əliyev Fondunun prezidenti, millət vəkili xanım Mehriban Əliyevanın xüsusi əməyi və qayğısı sayəsində ümumbəşəri dəyərlər sırasına YUNESKO tərəfindən daxil edilmiş aşıq sənətimizin beşiyi başında bu gün Sizin kimi, ürəyi xalqına və dövlətinə məhəbbətlə dolu bir Azərbaycan oğlu dayanır”.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi