Modern.az

Azərbaycan cüdoçuları Yerevanda üç medal qazandılar

Azərbaycan cüdoçuları Yerevanda üç medal qazandılar

11 Sentyabr 2009, 19:37

Sentyabrın 11-də Yerevanda keçirilən cüdo üzrə gənclər arasında Avropa Çempionatında Azərbaycan idmançılarından İlqar Müşkiyev gümüş medal qazanıb. Rasim Əsədullayev və Fəqan Eminoğlu izə üçüncü yeri tutaraq bürünc medala layiq görülüb. Çempionat 3 gün davam edəcək.
Azərbaycanı yarışda 5 cüdoçu - İlqar Müşkiyev (55 kq), Rasim Əsədullayev (60 kq), Fəqan Eminoğlu (66 kq), Ramin Qurbanov (81 kq) və Elmar Qasımov (100 kq) təmsil edir.
Növbəti günlər Ramin Qurbanov və Elmar Qasımov da yarışa qoşulacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!