Modern.az

Fransada öpüşmək qadağan olunub

Fransada öpüşmək qadağan olunub

12 Sentyabr 2009, 09:47
"Donuz qripi" təhlükəsi ilə bağlı Fransanın bəzi yerlərində öpüşmək qadağan edilib. Fransada hər həftə 20 minə qədər "donuz qripi" virusuna yoluxma halları qeydə alınır. Buna görə Fransanın hakimiyyət qurumları qətiyyətli bir addım atmağa məcbur olublar - insanları öpüşməkdən çəkinməyə çağırıblar. Hətta salamlaşaraq əl sıxmaq da məsləhət görülmür. Bəzi yerlərdə isə salamlaşma zamanı yanaqdan öpuş belə yasaqlanıb.  Səhiyyə Nazirliyi əhalini xəbərdar edib ki, virusun yayılmasına münbit zəmin yaratmamaq üçün öpüşməkdən boyun qaçırmaq lazımdır. Bir çox məktəb və biznes müəssisələrində salamlaşma zamanı yanaqdan ənənəvi öpüş yasaqlanıb. 
Fransızlar artıq az qala ictimai ənənəyə çevrilən öpüşü tərgidməyə tələsmirlər. Amma Fransa höküməti mümkün risqləri minimuma endirməyə çalışır. Hökümət fransızlara hətta məsləhət görüb ki, "donuz qripi"nə oxşar simptomları olan adamlarla özləri arasında bir metrlik "bufer zonası" saxlasınlar.
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir