Modern.az

Misirin yeni prezidentinin xanımı: “Birinci ledi adlandırılmaq istəmirəm”

Misirin yeni prezidentinin xanımı: “Birinci ledi adlandırılmaq istəmirəm”

İqtisadiyyat

29 İyun 2012, 15:27


Misirdə Məhəmməd Mursinin yeni prezident elan olunmasından sonra Mursi və onun ailəsi prezident iqamətgahına getmək üçün hazırlaşırlar. Hazırda diqqət mərkəzində yeni prezidentin olmasına baxmayaraq, nəzərlər Misirin birinci xanımı, Məhəmməd Mursinin həyat yoldaşı, ona bütün seçki kompaniyası boyu dəstək verən Nəcla Mursidən yayınmır.

Qeyd edək ki, xanım Nəcla Əli Məhəmməd Mursi 1962-ci ildə Qahirədə anadan olub. Kaliforniyada İslam Mərkəzində çalışıb. ABŞ-da Müsəlman Qardaşlarına qoşulan Nəcla burada öz gələcək həyat yoldaşı ilə rastlaşır. Nəcla Məhəmməd Mursi ilə 1979-cu ildə ailə qurur və bu nigahdan onların 4 oğlu və bir qızları dünyaya gəlir. Nəcla əsasən təhsil, xeyriyyə işlərində fəallıq edirdi. Misir mətbuatına müsahibəsində xanım Nəcla özünün "Birinci xanım" (First Lady) adlandırılmasından narahat olduğunu bildirib və buna belə aydınlıq gətirir: "Mənim prezident xanımı olaraq Suzan Mübarək və Cəhan Sədat kimi siyasətə qarışmağıma ehtiyac görmürəm".

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi