Modern.az

Soyadın “heyvan”dırsa…

Soyadın “heyvan”dırsa…

29 İyun 2012, 15:45

Zooparka yarı qiymətə buraxırlar

Riqada heyvan mənşəli familiyaları olan sakinlərin yerli zooparka yarı qiymətə buraxılması aksiyası çox populyarlıq qazanıb. Təkcə son şənbə günü zooparkı familiyası burada saxlanılan heyvanlarla səsləşən 83, quş adından götürülmüş 545 adam ziyarət edib.
Ziyarətçilər arasında - Qaylis (xoruz) və Petuxovlar (28 adam), ondan iki nəfər az Qulbisi (sona) və Lebedevlər daha çox üstünlük təşkil edirlər. Gözlənilmədən zooparka 25 nəfər Koza (keçi) adından götürülmüş Kozlov və ya Kozlovskilər, bundan bir nəfər az Briyedisovlar (maral) gəlib.
Keçən il lider olmuş Latsisı (ayı) və Medvedevlər bu il 15-ci yerdə olub.
Miqrasiya və vətəndaşlıq işləri üzrə İdarənin məlumatına görə, Latviyada yaşayan heyvan mənşəli familiyaları daşıyan insanlar arasında üstünlük Balodisov (göyərçin) və Qolubevlərə (6525) məxsusdur.

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir