Modern.az

Bakıda torpağın da qiyməti aşağı düşüb

Bakıda torpağın da qiyməti aşağı düşüb

22 Yanvar 2010, 11:50

st1:*{behavior:url(#ieooui) }

2009-cu ilin dekabr ayı ərzində bazara təklif olunan torpaq sahələrinin əsasını ötən aylarda olduğu kimi boş torpaqlar təşkil edib. «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən Modern.az-a verilən məlumata görə, dekabr ayında da köhnə yaşayış evlərinin sökülməsi zəif olub. Boş torpaqlarda tikilən fərdi yaşayış evlərinin sərhədi şəhərin kənarına və şəhərətrafı ərazilərə (III və IV zonalar üzrə) doğru genişlənməkdə davam etsə də, tikintinin tempinin azalması tendensiyası bir qədər də dərinləşib.

 

Dekabr ayında bazara təklif olunan ümumi 817,3 ha torpaq sahəsinin 76,9%-ni boş sahə, qalanını isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib.

 

Torpaq bazarının şəhərətrafı və paytaxtdan kənar ərazilərə doğru genişlənməsi tendensiyası dekabr ayında bir qədər zəifləyib. Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında müvafiq olaraq azalma müşahidə olunub və bazarın aktivliyi əvvəlki aya nisbətən mənfiyə doğru dəyişib.

 

Aparılan bazar araşdırmaları göstərir ki, şəhərin mərkəzində torpaq sahələrinin həddən artıq məhdudlaşması I zonada tələb və təklifin strukturunun dəyişməsi ilə yanaşı, qiymətlərin stabil qalmasına səbəb olub. Söküntü işlərinin azalmasına baxmayaraq, I zonada torpağın bazar qiyməti hələ də real dəyərindən baha olaraq qalmaqdadır.

 

Bazarda torpağın ekspozisiya müddəti əvvəlki ayla müqayisədə 1.2% artaraq 247 günə çatıb. Yaranmış vəziyyət əsasən bazarda tələb və təklifin strukturunun tərs mütənasib dəyişməsi və iqtisadi böhranın ölkənin torpaq bazarına mənfi təsiri nəticəsində meydana çıxıb. Bu tendensiya mövsümlə əlaqədar bir qədər də dərinləşib.

 

Ötən aylarda olduğu kimi, dekabr ayında da Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə azalma müşahidə olunub. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 5.6% azalaraq 15982 dollar   səviyyəsindən  15086  dollar səviyyəsinə enib. Ay ərzində qiymət azalması bütün zonalarda qeydə alınıb. Bu, bütün zonalar üzrə torpağın bazar qiymətinin real dəyərindən çox baha olması ilə bağlıdır. Ay ərzində ən çox qiymət azalması Binəqədi (-6.6%) rayonunda qeydə alınıb.

 

Şəhərin mərkəzində qiymətlərin həddən artıq yüksək olması I və II zonalarda tələbin aşağı düşməsi ilə paralel qiymətlərin də azalmasına səbəb olub. Noyabrdan fərqli olaraq dekabrda II zona üzrə qiymət azalması bir qədər dinamik davam edib. Amma III və IV zonalarda təklifin çox olması, tikintinin tempinin aşağı enməsi nəticəsində torpağa olan tələbin sürətlə azalması bu zonalar üzrə qiymətlərin enmə tendensiyasını əvvəlki kimi saxlayır. III və IV zonalarda torpaq sahələrinin mülkiyyət hüquqlarına dair sənədlərində problemlərin hələ də qalması bu zonalar üzrə qiymət azalmasına təsir göstərir. Qiymətlərin hələ də real dəyərdən yüksək olması torpağın gəlirliyinə ciddi təsir göstərməsə də, bazarın bu seqmentində ekspozisiya müddətinin artmasına və likvidlik dərəcəsinin düşməsinə təsir göstərib. Bütün bunlarla yanaşı, torpaq sahələrinin ipoteka prosesində girov predmeti kimi qəbul olunmaması daşınmaz əmlak subyekti kimi mülkiyyətin bu növünə olan marağı xeyli zəiflədib. Son aylar bazarda baş verən proseslər bazarın bu seqmenti ilə aparılan əməliyyatlarda risk dərəcəsini artırıb. 

Bütün bunlarla yanaşı, hazırda torpaq bazarında nisbətən aktiv rayonlar sırasına Binəqədi və Sabunçu rayonları başçılıq edirlər. Ən passiv rayon isə ötən aylar olduğu kimi Nəsimi rayonudur.

Dekabrda torpaq bazarında ən bahalı torpaq sahəsi 200000 $sot Nərimanov (Atatürk prospekti) rayonunda, ən ucuz torpaq sahəsi isə 350 $sot Abşeron (Pirəkəşkül qəsəbəsi) rayonunda qeydə alınıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir