Modern.az

İran Hörmüz boğazını qapatmaq niyyətindədir

İran Hörmüz boğazını qapatmaq niyyətindədir

Dünya

3 İyul 2012, 14:19

İran Fars körfəzini blokadaya almaq niyyətindədir. Modern.az rus mətbuatına istinadən xəbər verir ki, bu haqda İslam Respublikasının parlamentində qanun layihəsi hazırlanır. Körfəzin blokadaya alınması Avropa Birliyinin iyulun 1-dən İran neftinə qoyulan embarqoya cavab kimi qiymətləndirilir. Hesab olunur ki, bu blokada nəticəsində Qərbin tərəf müqabilləri olan Səudiyyə Ərəbistan, İraq, Küveyt, BƏƏ ziyan çəkəcək.

  Qeyd edək ki, hər gün Fars körfəzindən 17 milyon barel neft nəql edilir. İran hərbçilərini qəti addımlardan hələ ki, bu körfəzdə yerləşən ABŞ-a məxsus 25 gəminin mövcudluğu dayandırır.   Xatırladaq ki, iyulun 1 – dən etibarən Avropa Birliyi öz ərazisinə neft  idxalına qadağa qoyub. Bu, İslam Respublikasını nüvə proqramından çəkindirmək üçün təzyiq vasitəsi olaraq göstərilir.  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar