Modern.az

Prezident məmurlara xarici maşın almağı qadağan edib

Prezident məmurlara xarici maşın almağı qadağan edib

3 İyul 2012, 20:06


Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev məmurlara xarici markalı avtomobillərdən istifadə etməyə qadağa qoyub.

Modern.az-ın məlumatına görə, prezident paytaxt Astanada keçirilən formda çıxışı zamanı xəbərdarlıq edib.

Tengrinews-un yaydığı xəbərdə bildirlir ki, Nazarbayev məmurlara barmaq silkələyərkən deyib:

 “Bizdə öz avtomobillərimiz istehsal olunur, onlar (məmurlar) isə “Mercedes” alırlar. Buna  dərhal son qoyulmalıdır. Bir baxın, Qazaxıstan artıq necə avtomobillər buraxır”.

Prezident bidirib ki, bir müddət əvvəl o, dövlət idarələrinə xidməti maşınlar üçün yerli istehsal olan avtomobillərdən almağı tapşırsa da, əksər qurumlar buna əməl etmirlər. Yalnız Müdafiə, Fövqəladə Hallar nazirlikləri, Milli Təhlükəsizlik Komitəsi ölkə başçısının tapşırığına əməl edib, qalan nazirlik və komitələr isə Nazarbayevin qərarını qulaqardına vurublar.
Çıxışı zamanı Nazarbayev qazax məmurlarının iri həcmli xarici maşınlar sürməsini mədəniyyətsizlik adlandırıb.

“Qərbdə kiçik həcmli avtomobillər alırlar. Çünki həmin maşınlar həm benzini az işlədirlər, həm də tıxaclar yaratmırlar. Bizimkilər isə fikirləşirlər ki, “tank” almaq lazımdır. Elə bilirlər ki, “tank” sürmək onlara hörmət qazandırır”-deyə prezident məmurları nəzərdə tutaraq vurğulayıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?