Modern.az

"Sağlam Həyat Tərzi və İdman" Layihəsinin nəticələri elan edilib

"Sağlam Həyat Tərzi və İdman" Layihəsinin nəticələri elan edilib

22 Yanvar 2010, 16:26

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Gənclər və İdman Nazirliyi və YUNİCEF-in dəstəyi ilə ötən il həyata keçirdiyi "Sağlam Həyat Tərzi və İdman" Layihəsinin nəticələrini elan edib.  

Şuranın mətbuat xidmətindən Modern.az-a bildirilib ki, "Sağlam Həyat Tərzi və İdman" təhsil layihəsi çərçivəsində Oğuz rayonunda yerləşən “AFRA” hotelində yay məktəbi təşkil edilib. Yay məktəbinin iştirakçıları olmuş Bakı şəhərinin Əzizbəyov, habelə Masallı və Hacıqabul rayonlarından 35 gəncə “Sağlam Həyat Tərzi və İdman” mövzusunda təlim keçilib. Onlar sağlam həyat tərzi və gənclər arasında sağlam həyat tərzinin aşılanmasının effektiv üsullarına dair biliklərini artırıblar.
Həmin gənclərin özləri daha sonra yaşadıqları regionlarda həmyaşıdlarına sağlam həyat tərzində dair təlimlər keçiblər. Bu təlimlər vasitəsilə layihəyə 2700 gəncin cəlb edilməsi nəzərdə tutulsa da, 3388 nəfər maarifləndirici tədbirlərdə iştirak edib. Təlimlər Bakı şəhərinin Əzizbəyov rayonu, Masallı, Hacıqabul, Gəncə, Quba, Füzuli, Lənkəran və Şirvanda keçirilib. Təlim iştirakçılarının 49%-ni qızlar təşkil edib.
Təlimdən əvvəl və sonra təşkil edilmiş biliklərin qiymətləndirmə sorğusunun nəticələrinə əsasən, iştirakçıların sağlam həyat tərzi, HİV/AİDS, təhlükəsiz davranış və zərərli vərdişlərə dair məlumatlılıq səviyyəsi 95%-ə yüksəlib. 

ARGTMŞ tərəfindən son 3 il ərzində 594 gənc “Sağlam həyat tərzi” mövzusunda təlimdə iştirak edib. Həmyaşıd təlimçilər tərəfindən isə 8400 gənc təlim sessiyalarına cəlb olunub. Bu fəaliyyət 39 şəhər və rayonu əhatə edib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi