Modern.az

Deputat şeir yazırmış... - ŞEİR+VİDEO

Deputat şeir yazırmış... - ŞEİR+VİDEO

4 İyul 2012, 16:40

Milli Məclis üzvləri arasında aparılan sorğu ilə daha bir poeziya həvəskarı aşkarlandı. “Şeir mənim üçün duyğular meydanıdır, poeziya söz demək bacarığıdır. Şeirə, poeziyaya bağlı olan insanlarda humanizm və qeyri-humanizm kimi əlamətləri də görmək olar. İnsanın duyğularının tərənnümünün ən gözəl göstəricisi poeziyadır”, – deyə Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev bildirib.

Modern.az millət vəkili Eldar Allahyaroğlunun (Quliyev) şeirlərini təqdim edir.


Salam sənə, anam mənim

Söz vermişdin tez gələrsən
Bir az mənlə  dincələrsən
Hey gözlədim sən gəlmədin
Daha mənlə əylənmədin
Xəbər tutdum sən getmisən
Bu dünyanı tərk etmisən
Nə tez getdin anam mənim? 

         Fəryad edib mən ağladım
         Uşaq kimi sızıldadım
         Dağlar kimi mən ağardım
         Meşə kimi mən saraldım
         Allah deyib çox yalvardım
         Bir də qayıt anam mənim 

Bir gün gəldi o gözümə
Sığal çəkdi bu üzümə
Bir qulaq as dedi mənə
Allah məni yaxın bilib
Öz yanında qalım deyib
Qoy uyuyum rahat-rahat
Göz yaşından ayışmayım

         Hər insanın var yazısı
         Tanrı bilir öz acısın
         Ölüm gəlib dadar gedər
         Vaxt çatanda alar gedər
         İsgəndərin varmış qüdrəti
         Həm şöhrəti, mal dövləti
         Bu dünyadan nakam qalıb
         Tək əynində kəfən gedər

İnsan gedər, sözü qalar
Yaxşı qalar, pislik qalar
Yaxşıya rəhmət dilənər
Pisliyə nifrət etdilər.
İndi izin ver mən gedim
Daş altına birdə girim
Bir təsəlli tap özündə
Yaş görməyim mən gözündə        

         Günlər keçdi, aylar oldu
         Aylar gəlib, illər oldu
         Hey dolaşıb bu dünyanı
         Gəlib çatdım ahıl yaşa
         Könül verdim qara daşa
         Sinə daşa, sima daşa 

Bir gün gəlləm mən yanına
Dolanaram mən başına
Sığal verib mən saçına
Sığınaram mən qucağına
O dünyada mən deyərəm
Salam sənə anam mənim 

Mənim illərim

        Qarşımda ağ kağız, əlimdə qələm
        Gözlərimdə kədər, fikrimdə xəyal
        Susmuşdum, ürəkdən qəfil soruşdum
        Nə tez gəlib getdiz, mənim illərim

        Sizlər bir-birini əvəz etdiniz
        “Ad günü” deyərək gəlib getdiniz
       Elə bil yarışdı, həyat keçdiniz
       Niyə tələsirdiz, mənim illərim?

      Ana qucağında mən göz açmışam
      Mən də nəvazişdən bir az dadmışam
      Tərbiyə alaraq boya çatmışam
     Siz də yanımdaydız, mənim illərim

     Məktəb illərimin gözəl günləri
     Nə tez açıb solur ömrün gülləri
     Xəyallarda qalır şirin sözləri
    Heç vaxt unutmaram həmin illəri

     Tələbə həyatı arzu çələngi
    Gəncliyin çox olur incəlikləri
     Səni də sevirlər, sən də sevirsən
    Hərdən  bu sevgidən peşman illərim

     Həyata atılıb püxtələşirsən
     Xalqına, vətənə xidmət edirsən
     Əlin zəhmətilə, alın təriylə
     Hər yanda tanınan şöhrət illərim

     Vətənə bağlıyam cavan yaşından
     Doğma Azərbaycan həkkdi başımda
     Bakıdan gözəli yoxdur qarşımda
     Həmişə fərəhli, şanlı illərim

     Xəzəri sevirəm əzəldən bəri
     Sahilində qalır sevgi izləri
     Baxdıqca suyuna fikirləşirəm
     Dənizə qərq olduz mənim illərim

     Gəncəyə yenidən “Gəncə”deyəndə
     Tarixi adını bərpa edəndə
     Qartal tək süzərək mən rəqs edəndə
    Siz onda hardaydız mənim illərim

     Şuşanın həsrəti, Ağdam qoxusu
     Kəlbəcərin suyu, Laçın meşəsi
     Vətən torpağını alıb gəzəsi
     Siz mənə lazımsız, mənim illərim

     Dostluq bir xəlbirdir, yırğalanandır
     Çoxu tökülərək yaxşı qalandır
     Əsl dost itkisi yadda qalandır
     Heç vaxt unudulmaz keçən illərim

     Var-dövlət həmişə  gəlib gedəndi
     Insana daima xidmət edəndi
     Özündən sən onu üstün biləndə
     Sonunda gec olur, qəmli illərim

     Ailə müqəddəsdir qədrin biləndə
     Uşaq böyüdəndə, təhsil verəndə
    Oğul evləndirib, qız köçürəndə
    Məni sevindirən şadlıq illərim

     “Dövlətdə dəvədir, övladda nəvə”
     Qoy tanrı onlardan yetirsin mənə
     Onlar qaçışaraq qəh-qəh çəkəndə
     Mən də sizlə qalım uzun illərim

     Güzgüyə baxmışam dünən səhərdən
     Alnım qırışlanıb , saçım ağarıb
     Yaşım da artaraq hər ildən ilə
     Bir daha qayıtmaz keçmiş illərim

Aşağıdakı videoçarxda Eldar Allahyaroğlunun "Mənim illərim" şeirinə bəstəkar, həm də deputat Novruz Aslanın yazdığı mahnını populyar ifaçı Cavan Zeynallı oxuyur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?